Предыдущая публикация
Yuxusuz gecəmin şeirləri: 12.04.2024; saat 2.20 – 4.00
3.
Aparma, huşumu çəkib
Məni məndən alma, fikir.
Könlümü izinə büküb
Xəyal yenə hara çəkir.
Qarışıqdı dünya üzü,
Yaraşıqdı insan özü.
Ağılsızlıq edir hərdən
Yolu düşür tərsə, düzü.
İnsafları qırıq-qırıq,
Əldə işi yar yarımçıq.
Bəsdi qurdun dərddən ocaq
İnsan, Allah yoluna çıx.
4.
Kaman səsi, röyasına
Durub qaçam havasına.
Yurdum gönüb cənnətə, yaz! -
Qaranquşam yuvasına.
Köçəriyəm eldən ayrı,
Həvəs sönür güldən ayrı.
Ay elimin çölü-bayrı
Əziz nə var səndən qeyri.
Bələnəm çiçəyə, gülə
Heyran qalam çəmən, çölə.
Aça buludlar qapısın
Bir şıdırğı leysan gələ.
Gülxanım Rzazadə
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 2