ONA MƏNDƏN SALAM DEYİN
Ona məndən salam deyin!
Kədərimdən, qəhərimdən,
Yetim qalmış şəhərimdən.
Göz yaşıyla tək açdığım
Neçə-neçə səhərimdən,
Sevgi adlı zəhərimdən
Danışmayın...yalan deyin...
Ona məndən salam deyin!
Qoy bilməsin heç halımı.
Ovqatımı, əhvalımı.
Almaz yoxsa salamımı,
Çıxarmayın yalanımı...
Ona məndən salam deyin!
Deməyin ki, düşüb canı.
Pərişandı güzəranı.
Unutmayıb unudanı,
Sevir hələ o, cananı...
Danışmayın, yalan deyin...
Ona məndən, salam deyin!
Danışmayın!!!
Danışmayın ona məndən...
bir quruca salam deyin.
Deyin ona bəxtəvərdi,
Yoxdu zərrə qəmi-dərdi.
Deməyin ki, dərddən içir.
Deyin kefdən o, içərdi...
Hərdən səni düşünərdi.
Deyin ona...yalan deyin.
Ona məndən salam deyi