Gözlərində göz yaşıyam ağlama Qoyma məni yanağına toxunum Mən dilində donub qalan cümləyəm, Bir söz denən dodağına toxunum. Qoy bir ömür qonaq olum mən sənə İsti yuva, ocaq olum mən sənə Qocalanda dayaq olum mən sənə Əsa olub əllərinə toxunum. Şəkər olum, nəğmə olum sözünə Sevinc olum sənin o gül üzünə Kədərlənsən, qəhər dolsa gözünə Gülüş olub gözlərinə toxunum. Hər şerimdə ancaq səni yazıram Bəzən sənli xəyallarda azıram Söz verirem, ölənədək hazıram Sevgi olub ürəyinə toxunum...
Həsrətə qərq olub artıq gözlərim, Boylanıb sən gedən yollara baxır. Daha taqətdən də düşüb dizlərim, Yoxluğun ruhumu yandırıb-yaxır. İnsafın qalıbsa qayıt, dön geri, Qurtar ürəyimi qəm əzabından. Bəlkə də hər şeyi başa düşərsən, Qəmli gözlərimin iztirabından. Bir hicran atəşi əridir məni, Deyəsən bu sənə çox asan gəlir. Hər gecə gözümdən yaş deyil, gülüm, Süzülə-süzülə acı qan gəlir... Qəlbimi cəhənnəm oduna atdın, Nə bilim, bununla bəlkə şad oldun. Dərdi ürəyimə həmdəm edərək, Özün yavaş-yavaş mənə yad oldun... Dağıtdın qurduğum "eşq saray"ımı, Bitirdin sevgini vaxtından erkən. Kimsə duymadı bu "qəlb haray"ımı, Özümü itirdim səni gəzərkən...