əlimizdəki qamçını öz başımıza endirib yezidə lənət oxuduq... Hüseyn üçün göz yaşı tökdük....bir məzlum olub zülmə uğramağa razı olduq, zülmə baş qaldırmadıq...çünki,Hüseyni heç tanımadıq....Yezidi isə sevdik...onun oyunlarına gəldik...dinimizi oyun və əyləncəyə çevirdik.. ildə sadəcə bir gün hər yer Kərbəla deyib göz yaşı tökən qardaşım, bacım!.. O göz yaşını silmək zamanı gəlmədimi?..başı kəsilmiş qardaşının cəsədi önündə Zeynəbin ağladığını duydunmu?..duymadığından əminəm... Zeynəb ağlamadı...sən də, mən də, bizlər hamımız Zeynəbin yezidə meydan oxumasının hekayəsini çox duyduq..duyduğumuzu anladıqmı?.. Anlasaq ağlardıqmı, yoxsa ağladardıqmı?...gəlin birlikdə ağlayaq...göz yaşımız sel olsun...ama Hüseyin şəhadəti üçün deyil. Zeynəbin cəsarətinin bizdə olmadığı üçün ağlayaq. O seldə yezidləri boğmaq üçün ağlayaq. 72 şəhiddən biri olmağı bacarmadığımız üçün, şəhadət şərbətini dada bilməyəcəyimiz üçün, yezidə sən yezidsən demədiyimiz, deyə bilmədiyimiz üçün ağlayaq....
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1
"Hər nə qədər "kaş ki, Kərbəlada Hüseynin (ə) yanında olsaydım" desək də, cəmiyyətdə ortaya çıxan, zülm və fəsadlara hər hansı bir bəhanə ilə göz yumuruqsa, Hüseynin (ə) qatillərinin cərgəsindəyik".