Ustad Qazi şagirdlərindən hər birinə istedadına uyğun, əhkami əməllərin
batini ədəb-ərkanına riayət etməklə şəri qanunlar çərçivəsində xüsusi
əxlaqi tapşırıqlar verərdi. Bununla da onların qəlblərini qeyb aləmindən
gələn ilhamları qəbul etməyə hazırlayırdı. Şagirdlərinə tapşırmışdı ki,
namaz qıldığınız, Quran oxuduğunuz və zikr etdiyiniz vaxt, gözəl sima
və ya qeyb aləminə aid olan bəzi şeylər müşahidə etsəniz, onlara diqqət
etmədən öz ibadətinizlə məşğul olun!
Rəhmətlik Qazi əməl baxımından
canlı nümunə idi. Nəcəf camaatı, xüsusilə də elm əhli ondan qəribə
əhvalatlar nəql edirlər. Böyük bir ailə ilə ağır maddi durumda
yaşamasına baxmayaraq təvəkkül, təslim və tövhid məqamına elə qərq
olmuşdu ki, bu çətinliklər onu az da olsun haqq yolundan ayıra bilmirdi.
Nəcəf müctəhidlərindən biri deyir: “Bir gün meyvə-tərəvəz dükanına
getmişdim. Qazi də dükanda idi. O, əyilib kahı götürürdü. Amma
başqalarının tam əksinə olaraq yarpaqları cod və solmuş kahıları
seçirdi. Qazi yığdığı kahıları tərəzidə çəkmək üçün dükançıya verdi.
Sonra bu kahıları əbasının altına tutub evə yollandı. O vaxtlar mən
cavan bir tələbə, Qazi isə yaşlı qoca idi. Onun dalınca gedib dedim:
Ustad, mənim sizə bir sualım var. Niyə siz hamının etdiyi işin tam
əksinə olaraq xarab və solmuş kahıları aldınız? Dedi: “Ey cavan! Bu
satıcı çox kasıb adamdır. Mən bəzi vaxtlar ona kömək edirəm. Amma iki
səbəbə görə istəmirəm ona etdiyim bu kömək əvəzsiz olsun. Birincisi
budur ki, onun izzət və şərəfinin aradan getməsini istəmirəm. İkincisi
isə, Allah eləməmiş, zəhmətsiz qazanca adət edib öz alış-veriş işini boş
tutmasın. Bizim üçün təzə kahı ilə solmuş kahının heç bir fərqi yoxdur.
Mən bilirəm ki, bunları alan olmayacaq və satıcı günorta vaxtı dükanı
bağlayanda bunları çölə tökəcək. Onun zərər çəkməməsi üçün mən onları
aldım.” (“Mehri taban”, Ayətullah Hüseyni Tehrani, səh. 30-32)
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев