Sual 12: Təqva nədir?
Cavab: Qurani-kərimdə çox təsadüf olunan sözlərdən biri də, «təqva»dır. Allah-təala öz bəndələrini təqvalı olmağa çağırır.
«Təqva» sözü lüğətdə özünü qorumaq, çəkinmək mə´nasını daşıyır. Başqa sözlə təqva, insanı nəfs istəklərindən çəkindirə biləcək daxili bir qüvvədir. Həzrəti Əli (ə) buyurur: «Bilin ey Allah bəndələri, təqva möhkəm və keçilməz bir qaladır».
Bə´ziləri təqvanı tikanlıqdan keçərkən ətəyini yığıb, çox ehtiyatla addımlarını atan insanın qorunmasına oxşadırlar. «Təqva kiçik və böyük günahlardan uzaqlıqdır», deyənlər də olub. Kiçik günahlara tez-tez yol verən insanlara «dağlar da kiçik daşlardan düzəlir» deyə, təqvaya çağırışlar olur. Əli (ə) buyurmuşdu
Aləmlərə Rəbb olan Sənsən.Görürsən hər şeyi, Sən öyrətdin mənə görməyi .Eşidirsən hər səsi, Sən öyrətdin mənə eşitməyi .Bilirsən hər nə varsa, Sən öyrətdin mənə bilməyi .Mən "heç nə" idim, Sən var etdin, var oldum.Varlığı Sənlə bildim, yoxluğu Sənlə öyrəndim.Sən ki, mənə saysız nemətlər bəxş etdin.Adlarla təchiz etdin batinimi və zahirimi, həm var həm yar etdin.Sən ki, məni dünya evinə buyur etdin, ağırladın, ikram etdinHəmd də, şükr də tək Sənədir!Sən ki, mənə"Danışmaq' üçün 'Dil','Sevmək' üçün 'Ürək''Düşünmək' üçün 'Ağıl' verdin.Sən ki, mənə'Görmək' üçün 'Göz','Eşitmək' üçün 'Qulaq','Toxunmaq' üçün 'Əl' verdin.O qədər kasıbam ki, zənginliyin qarşısında, qəbul et acizliyimi.O qədər zəifəm k