@ tv24.az xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, Milli qəhrəmanlar, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, İtaliyanın Azərbaycandakı konsulu xanım Anna Mariya Biançi, İkinci Dünya müharibəsinin veteranları, azərbaycanlı partizanların övladları və digərləri iştirak ediblər.
DTX-nin arxiv-uçot idarəsinin rəisi Ceyhun İbrahimov xüsusi vurğulayıb ki, İtaliya və Yuqoslaviyada partizan hərəkatında faşizmə qarşı mübarizə aparmış “Mixaylo” ləqəbli Mehdi Hüseynzadə ilə bağlı arxivlərdə saxlanılan materialları dahi rəhbər Heydər Əliyev hələ təhlükəsizlik orqanlarında işlədiyi dövrlərdə araşdırıb. Məhz Ulu Öndərin gərgin səyi və əməyi, qətiyyəti sayəsində toplanmış sənədlər keçmiş SSRİ-nin ali rəhbərliyinə təqdim edildikdən sonra Mehdi Hüseynzadənin partizan hərəkatında göstərdiyi şücaət və qəhrəmanlıqlar nəzərə alınaraq, 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilib, onun haqqında bədii film çəkilib və əsərlər yazılıb.
Sertifikatları general-polkovnik Mədət Quliyev, akademik Nailə Vəlixanlı, səfir Orelia Buşez və konsul Anna Mariya Biançi azərbaycanlı partizanlar - Allahqulu Quliyevin, İbrahim İbrahimovun, Əbdürəhman Novruzovun, Feyzulla İsmayılovun, Bayandur Hacıyevin və Famil Məmmədovun övladlarına təqdim ediblər.
#olke #baki #medetquliyev #dovlettehlukesizlikxidmeti #insan #takipçikazan #takipçikazan
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев