Həzrət Yusif kimi xəlvətdə… Arif Şeyx Rəcəbəli Ustad Şahabadi kimi böyük şəxsiyyətlərin məclislərində iştirak etsə də əsaslı dini təhsil almayıb. Maraqlıdır ki, hövzə təhsili almamış bir insan belə yüksək məqama necə çatır? Ayətullah Milaninin hüzurunda Şeyx bu sirri açaraq nəql edir: Qohumlar arasında çox cazibədar bir qız vardı. Bu qız mənə aşiq olmuşdu. Bir gün məni xəlvətə çəkdi. Günahla üzbəüz dayanmışdım. Allaha pənah aparıb dedim ki, Ey Rəbbim, mən yalnız sənə görə bu günahı tərk edirəm, əvəzində mənə özün tərbiyə ver. Duam qəbul oldu.(abna)