Aprel Döyüşlərində Lələtəpə döyüşlərinin iştirakçısı, idmançı, 29 yaşlı İmamverdi İsmayılovun 4 yaşlı övladı xəstələnir.
Təcili Yardımla uşağı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparırlar. Lakin həkimlər səhlənkarlıq edib, uşağa baxmırlar, köməklik göstərmirlər. Bundan sonra çarəsiz qalan ata benzin tökərək özünü xəstəxananın qarşısında yandıraraq, vəfat edir.
Ermənilərlə döyüşdən salamat qurtulan qazimiz, Oqtay Şirəliyevin iflic etdiyi səhiyyə sistemimizin ucbatından ölür. Normal ölkələrdə belə hadisəyə görə xəstəxana rəhbərliyi cəzalanmalı, Səhiyyə Nazirliyi hesabat verməli idi. Paylaşın ictimailəşdirək, qazimizin ölümünə səbəb olanlar cəzalanmalıdırlar.