12 insan deməkdi, 12 can deməkdi, 12 ayrı yerdə 12 ailənin ümidi deməkdi. 12 ananın gözünün işığı, ağı-qarası deməkdi. 12 atanın gözünü dikdiyi nöqtə deməkdi. 12 valideynin 12 ayrı telefon zəngi ilə həyatının məhv olması deməkdi. 12 valideynin bir daha sevinc dolu gözlərlə "Oğlum mənin!" deyərək övladını qucaqlaya bilməməsi deməkdi. 12 gələcək ailə başçısının ailə qurmadan həyata gözünü yumması deməkdi. Artıq yoxdur o 12 gənc. 12 ayrı silahdan açılan atəş nəticəsində məhv olmuşdur o 12 igidin həyatı. Artıq o 12 igidin cənazəsi 12 tabutla 12 ayrı yerdə torpağa tapşırılacaq. Amma 9 milyonun yaddaşında o 12 igidin adı qan yaddaşı olaraq qalacaq. Çünki , igid ölər adı qalar. Allah rəhmət eləsin. Başın sağ olsun Azərbaycan !
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1