Hər kəsin həyatında var. Yanında olmasa belə içdən-içə sevdiyi insan. Canı yansa canı yandığı, dalğın düşüncələrə qərq olsa özündən qabaq onu fikirləşənlər. Hər səhər ağlına gələn, 7 nömrəni rahatlıqla yığa bildiyi halda "yes" düyməsinə cəsarəti çatmayanlar. Bu duyğunu çoxları bilər. Çünki əksəriyyətimiz sevginin adını başqa şeylər qoyduq, özümüzdə sevgidən soyuduq. Əlini tutduğunuz zaman bütün bədəninizi isidən insan oldumu? Yanınızda nə qədər sevdikləriniz olur olsun, bütün dünyadan təcrid olub sadəcə onun yanında nəfəs almağın belə yetdiyi insan... Hər kəsin varlığını heç edən.