Ədliyyə Nazirliyi xəbər verdi ki, 2016-cı ilə ay başına ortalama 1091 boşanma hadisəsi düşüb.
Qardaş, ciddi məsələdir. Unibanka 1 ulduz vermək məsələsindən qat-qat ciddi məsələdir.
Çox səbəbi var boşanmaların, amma qoy, mən birini deyim.
"Filankəsin qızı sakit qızdır, yanımızda olanda bir dəfə başını yuxarı qaldırıb baxmadı. Layiqli qızdır. Allah yiyəsinə qismət eləsin"
(Beləcə hansısa mal bir qızı valideynlərin əməyi ilə kiməsə soxuşdurdular və "ailə" quruldu. 2 il sonra da bu "ailə" boşanmış ailələr siyahısında sadə bir statistikanın parçası olacaq.)
"Başını aşağı salmaq" bir qoyunlar aləmində yaxşı şey sayılır, bir də Azərbaycan xalqının təfəkküründə. Daha demirlər ki, başı aşağı salan