Dünyaya gəlməyə hazırlaşan bir uşaq Allahdan soruşur:
- ALLAHIM, məni sabah o biri dünyaya göndərəcəyini deyirlər. Amma mən çox balaca və zəifəm ki, orada necə yaşayacam?
+ Bütün mələklərin arasından sənə gözəl birini seçdim. O səni gözləyəcək və qoruyacaq. Mələyin sənə hər gün mahnılar oxuyacaq və gülümsəyəcək sənə. Beləcə sən onun sevgisini hiss edəcək və xoşbəxt olacaqsan.
- Yaxşııııı.... Bəs insanlar mənə bir şey deyəndə onların dillərini bilmədən nece başa düşəcəm?
+ Mələyin sənə eşidə biləcəyin ən gözəl və şirin sözləri söyləyəcək, sənə danışmağı diqqət və sevgiylə öyrədəcək.
- Yaxşı ALLAHIM. Bəs mən səninlə danışmaq istəsəm nə edəcəm?
+ Mələyin sənə əllərini açaraq dua etməyi öyrəd