Həm də bilirsən necə soruşdu? Dedi ki, "sən onu hələ də sevirsən?" Gözlərim doldu, boğuq bir səslə "hə, hələ də sevirəm" dedim.O da "görünür o da səni çox sevir ki, ona qarşı içindəki sevgi hələ də
ölməyib"dedi...Sadəcə susdum və güldüm "ölməyib ona qarşı sevgim ölməyəcək də" dedim... Amma "o, məni sevmir,heç vaxt da sevməyəcək" deyə bilmədim...Evə gəlib, səni xatırladan mahnılardan birinə qulaq asıb ağlamaqdan başqa çarə tapmadım.....
Hə sevdiyim, yenə sən, dediyin o acı sözlər, şirin gülüşün, gözlərin yadıma düşdü...Yenə sevməməyin düşdü yadıma...Bəlkə də məni sevmirsən deyə bu qədər çox sevirəm səni...Bəlkə də mənə acı verirsən deyə bu qədər bağlıyam sənə...Çarəsi olmayan tək dərdim sənsən... bir dərd ki, dilim dərd deməyə belə gəlmir... Elə imkansızsan ki, mənim üçün...Yuxularıma belə gəlmirsən...Gələndə də getməyini istəmirəm...Oyanmaq istəmirəm...
Yuxudan durandan sonra isə əvvəl sevinirəm, sonra saatlarla ağlayıram..Yuxuda belə ağladırsan məni.Nə dost ola
bildik, nə sevgili...İnan ki, məni sevməyini istəmədim...Sən isə nə sevdin, nə başa düşdün, üstəlik nifrət də etdin...Nifrətinə layiqmiydim??? "Bəlkə o da sevir" fikrindən başqa heç nə
düşünmürəm...Elə baxırsan ki, ümidlənirəm...Bəlkə gözlərin sataşır təsadüfən amma bir baxışınla dünyaları vermiş olursan mənə... BUNU BILIRSEN?
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев