Təbrik edirəm mən səni təbrik, təzə yaltaq,
Yaltaqçılıqı tazə sifətlə bəzə yaltaq.
Birdən-bir soxma özünü sən hara gəldi,
Öyrəşmək üçün girginən əvvəl gözə yaltaq.
Yaltaqlara tez-tez tüpürürlər vecə alma,
Bir parça yağış zənn elə düşmüş üzə yaltaq.
Yaltaqlıq ilə arvad-uşaq saxlayırsansa,
Sən dözməlisən hər söyüşə, hər sözə yaltaq.
Gənc yaltağa meydan açılıb indi Vətəndə,
Bir-bir çıxacaq tazə kadrlar üzə yaltaq.
Həm jurnalist, həm şairimiz, bəstəçimiz var,
Ünvan həmən ünvandı, tanışdır sizə yaltaq.
Düşmən qabağında sürünərsən bir ilantək,
Bir məmur üçün gərçi çökürsən dizə yaltaq.
Əfsuslar olsun neçə hörmətli ziyalı,
Bir gün ona, bir gün sizə, bir gün bizə yaltaq.
Pünhan, o gün olsun