Adam var
Adam var , Dünya'da heç tayı yoxdu
Adam var , nefisi paslanmış oxdu
Adam var , terifi söylenmez çoxdu
Adam var , Adamlar utanır ondan
Adam var , çiynemez heç zaman düzü
Adam var , kor olub pislikden gözü
Adam var , dili bal xoş gelir sözü
Adam var , beterdi Şaxmar ilandan
Adam var , şöhreti sığmaz cahana
Adam var , benzeyir cine Şeytana
Adam var , hörmeti yaylıb her yana
Adam var , mehrumdu quru salamdan
Adam var , Dostuna ürek yandırar
Adam var , bir Sözle könül sındırar
Adam var , yaxşıya Öz'ün andırar
Adam var , uzaxdı qelbi insandan
Adam var , söz yoxdu ay aşıq Qara
Adam var , özünü gönder bazara
Adam var , sadiqdi düz eytibara
Adam var , yaşayır ömrü yalandan
Arş. Yazar
Yaşada Sevgi
Sevəndə ürəkdən sevəsən gərək!
İllər yaşatdıqca yaşada sevgi.
Məhəbbət elə xoş bir qismətdiki,
Allah verir doxsan yaşada sevgi.
Lallarda danışır eşqin dilindən,
Karlarda eşidir eşqin səsindən,
Ölüdə dirilir eşq nəfəsindən,
Dil açdırar torpaq daşada sevgi.
Aşıq Qara təbyət eşqin bəhrəsi!
Sevdayla dolanır varlıq cəhrəsi!
Yaşadır canlıyı xəyal cöhrəsi!
Tez qanat açdırır quşada sevgi.
Arş.Yazar Xalq Şairi
Aşıq Qara Borçalı
Bütün Müsəlman aləminin Ramazan bayramını təbrik edirəm.
Bu gözəl Hakkın ibadəti olan Ramazan bayramının savabı bütün Müsəlman Türk alemin də sülh, əmin-amanlıq barış və sevgi gətirməsini Uca Rəbbimdən niyaz edirəm.
Dostluğumda olan Səhvələrimdə Qurublarımda olan bütün dostlara və oxuyucularıma Neçə belə mübarək bayramları sevgi məhəbbət imanla, Qur'anla, şadlıqla, şenliklə, keçirmeklerini arzu edirem.
BAYRAMINIZ MÜBAREK ............