Allahım! Mənə əşyanın həqiqətini göstər! Mənə həqiqətə itaət, batilə üsyan ləyaqəti lütf et! Dininin dərdini dərdim qıl, özəl dərdlərimi satın al! Elə əziz dərdlərə mübtəla et ki, dərman axtarmayım! Mənə dadından doymaq olmayan kərim acılar yaşat! İradəmi inayətsiz, elmimi hikmətsiz etmə, Allahım! İmanımı dözümsüz, sədaqətimi məsnətsiz etmə, Allahım! Həyatımı məhəbbətsiz, Axirətimi cənnətsiz etmə, Allahım! İmanımı ağlımın əlində əsir etmə! Ağlımı hissiyatımın əlində rəzil etmə! Hissiyatımı şəhvətimin əlində zəlil etmə!