Yer üzündə əksər xalqlar üçün bir neçə müqəddəs məhfumlar mövcuddur. Vətən, millət, dövlət, dil və din. Bu varlıqlar təhlükədə olanda həyəcan təbili çalınır, Vətənin igid oğulları savaşa qalxır. Buna görə də əsl vətənpərvərlər Vətənin problemlərinə biganə qala bilməzlər.
Azərbaycanın Milli Qəhrəmanları şəxsi şücaəti fədakarlığı, qəhrəmanlığı ilə əsl vətənpərvər olduqlarını bir daha təsdiq ediblər. Müdrik bir deyim var: «Tarix qəhrəmanları yaratdığı kimi, qəhrəmanlar da tarixi yaradır».
Keçdikləri uzun, keşməkeşli yollar göstərir ki, onlar bu şərəfli zirvəyə güclü iradəsi, əqidəsi, xarakteri ilə yüksəliblər.
İnsan taleləri müxtəlif olur. Elələri var ki, illərlə ömür sürüb yaşasa da, adı bir kəndin, bir şəhərin hüdudlarından kənara çıxmır. Lakin az ömür yaşayıb, əməlləri sərhədləri aşan, qəhrəmanlıq səlnaməsi yazan oğullarımız olduqca çoxdur.
Vətən övladları, milli qəhrəmanlarımız doğma yurd naminə öz əziz canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərmiş, şərəfli bir iz qoyub getmişlər.
1988–1993cü illərdə Ermənistanın Azərbaycan ərazilərinə iddiaları və təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi pozulmuş, ölkə ərazisinin yüzdən iyirmi faizi Ermənistan silahlı qüvvələrə tərəfindən işğal olunmuş, bir milyona yaxın soydaşımız öz yurd yerlərindən qovulmuş, şəhər və kəndlərimiz viran olunmuş, dağıdılmış, soydaşlarımız isə etnik təmizləməyə məruz qalaraq, qaçqın və məcburi köçkün olmuşlar.
Birinci Qarabağ müharibəsində xalqımızın ən qeyrətli, mübariz oğulları Vətən torpaqlarının azadlığı və toxunulmazlığı üçün vuruşmuş, öz canlarını fəda etmişlər.
Bu cür qəhrəmanlardan biri də əslən axıska türklərindən olan, Özbəkistan qədim Buxara şəhərində dünyaya göz açan, ömrünün böyük bir hissəsini Özbəkistanda yaşayan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurovdur.
İskəndər Aznaurov mən deyərdim ki, qədim köklərə malik üç qardaş türk xalqı – axıska, özbək və Azərbaycan xalqlarının ortaq qəhrəman övladıdır.
Damarlarında daşıdığı ta səlcuqlar dövründən var olduğu məlum olan Azgur türkü qanı, böyüyüb boyabaşa çatdığı zəngin mədəniyyətə, qədim tarixə malik Özbəkistanın ona verdiyi qardaşın, dostun dar gündə imdadına yetişmə təlqini, qədim türk yurdu olan Azərbaycan torpaqlarının işğalına, qəsbinə göz yummağa imkan vermədi.
Bu əsalət və bu tərbiyə ondan ibarətdir ki, əgər sənin qardaşın dar gündə ağır iztirab içindədirsə, təcavüzə və işğala məruz qalıbsa, yurdu talanıbsa sən rahat ola bilməzsən, mütləq köməyə getməli, yardım əlini uzatmalısan.
Bu qayda kökləri min illərə gedib çıxan qədim türk gələnəyidir ki, İskəndər Aznaurovu qardaş Azərbaycan xalqının, Azərbaycan torpaqlarının müdafiəsinə sövq etmişdi.
İsgəndər Aznaurov qorxu bilmədən, şücaətlə döyüşüb və düşməni çox ciddi itkilərlə üzüzə qoymuşdur. 1993cü il 18 apreldə Azərbaycanın Gədəbəy rayonunda erməni işğalçıları ilə gedən döyüşlər zamanı, işğal altında olan bir çox yurd yerlərimizin azad edilməsində Aznaurov xüsusi şücaət və qəhrəmanlıq göstərmişdir. Gedən döyüşlərdə topçu Aznaurov düşmən hədəfinə tuş gəlmiş və o, qəhrəmancasına həlak olmuşdur.
Qəhrəman İsgəndər Aznaurovun nəşi Bakı şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfn edilir.Azərbaycan xalqının Ümummilli Lideri, Azərbaycan Respubliksının ozamankı prrezidenti Heydər Əliyevin 15 yanvar 1995ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant İsgəndər Söhrab oğlu Aznaurovu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.
Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Doğulan, yetişən, formalaşan vətənpərvər gənclər, İsgəndər Aznaurov kimi qəhrəman oğullarımızın başlatdığı o müqəddəs mübarizəni davam etdirdilər, onun kimi Vətəni qorumaq, yurt yerlərimizin azadlığı uğrunda fədakarlığa hazır olduqlarını dönədönə sübut etdilər.
27 sentyabr 2020ci il, Azərbaycan xalqı üçün Vətən müharibəsinin başlandığı o tarixi gün. Bu tarix 30 il ərzində gözlədiyimiz o müqəddəs anın, şanlı tarixin yeni səhifəsi yazıldı. Birinci Qarabağ müharibəsində Azərbaycanın itirdiyi Vətən torpaqları, yurd yerləri qəhrəman oğullarımızın, rəşadətli Azərbaycan ordusunun əzmkar döyüşü, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistan iğalından azad edildi. Vətənimizin ərazi bütövlüyü uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu.
Vətən müharibəsində qazanılan qələbə bütün dünyaya zalimin heç zaman zəfər çalmayacağını, sonda isə haq və ədalətin qələbəsini bir daha təsdiqlədi.
Xalqımız ana vətənin, doğma diyarın azadlığı, müqəddəs torpaqlarımızın bütövlüyü yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir.
Azərbaycanın Birinci vitseprezidenti Mehriban xanım Əliyeva çıxışlarının birində demişdir: «Bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq».
Böyük və şanlı qəhrəmanlıq səhifəsi yazan şəhidlərimizin, milli qəhrəmanlarımızın şərəfinə bu gün azad Azərbaycanın, Vətənimizin hər yerində abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilmiş, onların adları məktəblərə, yaşayış məntəqələrinə, küçələrə verilmişdir.
Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun adı yaşadığı Şəmkir rayonunun Kür qəsəbəsinə və buradakı orta məktəbə verilmişdir. Xidmət etdiyi hərbi hissədə xatirəsinə abidə ucaldılıb, Gədəbəy rayonunun Şınıx kəndində isə Mormor yüksəkliyi onun şərəfinə «İsgəndər qalası» adlandırılıb.
Lakin Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurov və digər qəhrəmanlarımız üçün qurulan ən böyük abidə hər bir azərbaycanlının qəlbində ucalıb.
Özbək tədqiqatçıyazar Mavlon Şükürzadənin Özbəkistan dakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə ərsəyə gətirdiyi, Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun həyatı və döyüş yolundan bəhs edən bu kitab isə şəhidqəhrəmanımızın, üç xalqın böyük oğlunun əziz xatirəsi qarşısında Özbəkistanda ucaldılmış bir abidədir.
Samir Abbasov,
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin direktoru,
Fəxri Mədəniyyyət işçisi/


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев