HAMI OXUSUN🌹🌹🌹🌹🌹🌹🌹🌹Salamun aleykum."Hezreti Ali (a)-in mubarek ve seadetli movludu minasibetile Sizi semimi qelbden tebrik edirik."
Allahdan isteyimiz budur ki,bizi dunyada Hz Ali aleyhissalamin ziyaret ve mehebbetinden axiretde ise şefaetinden binesib etmesin inşallah.amin....
Ali (a)-in heqiqi asiqi ve xalis ardicil ve şiesi olmaq umidile.
🌹🌸🌹VILAYET BAYRAMINIZ MÜBAREK 🌹🌸🌹
Dedilər yaz Əlidən, bəlkə şəfaət tapasan,
Mən dedim yazmaq, üçün, gərək cəsarət tapasan.
Əlidən yazmaq hər insana şərəfdir bilirəm,
Baxasan bir Ona, bir özvə xəcalət tapasan.
Əli bir kəsdi Onun, nuru əzəldən var olub,
Əli bir kəsdi Ona, Həzrəti Zəhra yar olub.
Əlidən dərs alıb, hər kim ki, şərafət istəyib,
Əli təqvalılara daima bir meyyar olub.
Əli rəhmətdi və nemətdi bütün aləm üçün,
Əlinin hər sözü höccətdi, bəni-adəm üçün.
Əlinin, Xaliqə aşiqliyi dillərdə gəzir,
Əli qəlbin qapısın, açmadı naməhrəm üçün.
Eyni nurdan yaranıb, Əhməd ilə, birdi Əli,
Xanım Zəhra kimi, gizli qalan, sirdi Əli.
Ona bir lütfü-inayət eləyibdir Yaradan,
Hər sınıq qəlbi aram etmədə, mahirdi Əli.
Əli bir aşiqdir, eşqi sədaqətlə dolu,
Əli bir natiqdir, nitqi bəlağətlə dolu.
Odu məzlumları daim qoruyan qeyrət ilə,
Əli bir sultandır, hökmü ədalətlə dolu.
Əlin haqqını kim dansa əgər, qafildir !
Əliyə zülm eləyən, hər kim ola, cahildir !
Ey bəşər, həqqi tanı, beyyət elə sən Əliyə,
Əlidən əvvəl olanlar, üçü də, batildir !
Yazdığım bu şeirin, hər misrası Zəhraya fəda !
Ona həmdəm sayılan, Həzrəti Mövlaya fəda !
Mən kiməm, Şiri-Xuda Mövlanı tərif eləyim ?
Bu kiçik ürək sözüm, Zeynəbi-Kübraya fəda !
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев