Keçmiş zamanlarda bir nəfər Ərəbistan çöllərində tək başına uzaq bir səfərə çıxıbmış. Şeytan onu yolundan azdırmaq üçün insan qiyafəsində onun qarşısına çıxır və deyir:
- Salam, ey dost. Görürəm, tək başına harasa səfər edirsən.
İstəyirsənsə, sənə yol-yoldaşı olaram.
Mənim də yolum sən getdiyin tərəfədir.
Həmin şəxs çox sevinir və şeytanın təklifini qəbul edir.
Bu minvalla iki yoldaşı uzun-uzadı yollarına davam edirlər.
Nəhayət qaş qaralır, axşam düşür.
Birdən şeytan yoldaşına deyir:
- Mən səninlə dostluq etmək istəmirəm!
Adam bunun səbəbini soruşduqda Şeytan dillənir:
- Səhərdən səni müşahidə edirəm. Səni bir dəfə də olsun namaz qılan görmədim.
Mən insan qiyafəsinə girmiş şeytanam.
Səni yo