Neftin qiyməti düşdükcə ARDNŞ benzinin qiymətini salır. Həvəslənməyin, bizdə yox, Gürcüstan, İsveçrə, Ukrayna kimi ölkələrdəki zapravkalarında ucuzlaşma edirlər. Azərbaycanda isə benzin ucuzlaşmır. Millətimiz də çaş-baş qalır. Deyirlər nəyə görə neftin qiyməti qalxanda benzin bahalaşdı, lakin neftin qiyməti düşəndə benzin ucuzlaşmadı. ARDNŞ niyə bizim cibimizə sakitcə girir, xaricilərdən isə qorxur?
Belə ucuz etiraz donquldanmaları savadsızlıq əlamətidir. Uca millətimizin, etiraf edək, savadı yoxdur. Bir kitab arası açmırlar. Nəticədə anlamırlar ki, bizdə benzin xaricdən baha olmalıdır. Bizdə maya dəyəri bahadır, ona görə! İzah edim, bisavadlar da oxusun.
Gürcüstanda sə