ALTINCI
MƏKTUB
29
Rəbiül-
Əvvəl
1330
Bu
yozuma
cavab.
"Vücub” (vacib hökm) həmişə əmrin
həqiqətində qorunur və əmr olan yerdə vücubdan
başqa bir şey zehnə gəlmir. Beləliklə, əmri
(qərinəsiz, şahidsiz olaraq) müstəhəbə yozmaq
səhih deyildir. Bizim haqqında bəhs etdiyimiz
mövzuda (müstəhəbə yozulma) isə heç bir qərinə
mövcud deyidir və əksinə, həqiqi mənanı (yəni
vücubu) təkidlə çatdıran bir neçə qərinə vardır.
Lütfən, bu hədislərə diqqət yetirsəniz, o zaman
bizim dediklərimizi təsdiqləyəcəksiniz. Vücubun
istinbatanı (şahid) bu cümləyə diqqət yetirməklə
başa düşə bilərik: "O şəxsin tərəfdarları Quran
oxuyurlar, amma Quran onların qəlblərinə təsir
etməmişdir. Onlar kamandan çıxan ox kimi dindən
çıxacaq və bir daha qayıtmayacaqlar. Onları
öldürün, onlar yer üzünün ən pis məxluqlarıdır.” Və
"Əgər o şəxs öldürülsə idi, ümmətimdən iki nəfər də
olsun belə ixtilaf etməzdi” və başqa qərinələr, yalnız
qətlin vacibliyinə dəlalət edir.
Əgər Əhmədin "Müsnəd”ində gəlmiş hədisə
müraciət etsən, görəcəksən ki, qətl əvvəl yalnız Əbu
Bəkrə əmr olunmuşdu, sonra isə Ömərə. Belə olan
surətdə, vücub necə kifayi ola bilər? Bundan əlavə,
o hədislər aşkar surətdə o iki nəfərin həmin şəxsi
namaz halında öldürməkdən xoşlanmadıqlarını
nişan verir. Deməli, o həzrətin əmrinə əks olaraq öz
istəklərini üstün sanmışlar.
Beləliklə, gördüyünüz kimi, bu fakt öz rəylərini
"nəss”dən üstün sayanların rəftarını bildirən aydın
şahiddir. Vəssalam.
"Ş”
DOĞSAN YEDDİNCİ MƏKTUB
30 Rəbiül-Əvvəl 1330
Bütün halların istənilməsi.
Səndən xahiş edirəm ki, bütün bu halları mənə
yazıb göndərəsən. Daha heç birini də qoyma ki, bir
də səndən xahiş edim. Hamısını yaz! Hətta
məktubun çox uzun olsa belə, yaz. Vəssalam.
"S”
DOĞSAN SƏKKİZİNCİ MƏKTUB
3 Rəbiüs-Sani 1330
1. Hallardan bir hissəsi.
2. Başqa hallara işarə.
1. Təkcə aşağıdakı hallara diqqət yetirsən,
sənin üçün kifayət edər: "Hüdeybiyyə sülhünün
cərəyanı; Hüneyn döyüşünün qənimətləri; Bədr
əsirlərindən fidyə alınması; Təbuk döyüşündə aclıq
üz verən zaman həzrətin bəzi dəvələri kəsmək
barəsindəki əmri; Ühüd döyüşündə olan bəzi
hərəkətlər; Əbu Hüreyrənin Allaha inanan adamın
cənnətə getməsini (uca səslə) müjdələdiyi günün
cərəyanı; münafiqə namaz qılmaq və sədəqələrdə
tənə gününün macərası; onların söyüşlə sual
etməsi; iki xüms və zəkat ayəsinin təvili; təməttö
həcci və müvəqqəti evlənməyə dair iki ayənin təvili;
təlaq ayəsinin yozumu, keyfiyyət və kəmiyyət
baxımından Ramazan ayının nafilələri (müstəhəb
namazları) barəsində varid olmuş rəvayətlərin
yozumu; azanın keyfiyyətinə (yəni, "həyyə əla xeyril
əməl”in azandan götürülməsi); meyit namazında
təkbirlərin sayına dəxalət etmək; Hatib ibn Bəltəənin
cərəyanındakı qarışıqlıq; Peyğəmbərin "İbrahim
məqamı”nda əncam verdiyi işlərə qarşı çıxma; bəzi
müsəlmanların evinin məscidə qatılması; Əbu
Xərraş Həzəlinin diyəsinin ödənilməsində
yəmənlilərin ziyanına verilmiş hökm; Nəsr ibn
Həccac Səlminin sürgün olunması; Cödə ibn
Süleymə hədd (şallaq) vurulması; İraqın ərazilərinə
bac-xərac qoyulması, cizyə alınmasının keyfiyyəti
(necəliyi); "şura” məsələsi; camaatın vəziyyətilə
xəbərdar olmaq üçün gecə gəzintiləri; gündüzlər
təftiş və axtarış aparılması; vaciblərin tətil olunması
və s. kimi hallarda "nəss”ə tabe olmaq əvəzinə
ümumi məsləhəti (əlbəttə, öz nəzərlərinə görə)
üstün tutmuşlar. Biz "Səbilül-muminin” adlı
kitabımızda bu məsələlərə aid xüsusi bab (fəsil)
ayırmışıq.
2. Eləcə də Əlinin (ə) xilafəti və Rəsuli-əkrəmin
pak Əhli-beyti barəsində olan "nəss”lərdən əlavə də
ayrı "nəss”lər mövcuddur ki, onlara əməl olunmamış
və hətta düz onun əksinə əməl etmişlər (ki,
təhqiqatçıların onlardan xəbəri vardır). Beləliklə,
xilafət "nəss”lərini də dəyişdirmək heç də təəccüblü
deyil. Məgər bu hədislər, dəyişdirilən digər
hədislərdən sayıla bilməz? Onlar bütün hallarda
üstünlüyü öz şəxsi maraqlarına vermişlər.
Vəssalam.
"Ş”
DOĞSAN DOQQUZUNCU MƏKTUB
5 Rəbiüs-Sani 1330
1. Onlar bütün (saydığınız) hallarda ümumun
məsləhətini üstün bilmişlər.
2. Başqa halların istənilməsi.
1. Heç bir ağıllı şəxs onların məqsədlərinin
hüsnü haqqında şəkk etmir, saydığınız bütün bu
hallarda onların ümumun mənafeyini nəzərdə
tutmaları məlumdur. Çünki onlar ümmət üçün elə
bir şərait yaratmaq istəyirdilər ki, məsləhətlərinə
görə olsun və müsəlmanların qüdrəti günbəgün
artsın. Beləliklə, gördükləri bütün işlərdə, (istər
"nəss”ə tabe olsunlar, ya olmasınlar) onlara eyib
tutmaq olmaz.(Əraf” surəsi, 142-ci ayə.
)
2. Biz sizdən onların "nəss”ə tabe olmadıqları
bütün halları yazmağınızı xahiş etmişdik. Siz isə bir
qədər yazdıqdan sonra "İmam və pak Əhli-beyt
haqqında bəzi nəslər (xilafət "nəss”indən əlavə)
vardır ki, keçmiş sələflər ona əməl etməmişlər” –
buyurmaqla kifayətlənmisiniz. Kaş, onların hamısını
yazaydın ki, bir daha səndən onları yazmağı xahiş
etməyəydim. Vəssalam.
"S”
YÜZÜNCÜ MƏKTUB
8 Rəbiüs-Sani 1330
1. Bəhsin ətrafından xaric olma.
2. Xahişin yerinə yetirilməsi.
1. Bizə gəlib çatmış "nəss”lərin onlar
tərəfindən dəyişdirilməsini qəbul etdiniz.
Əlhəmdulillah ki, dediklərimizi təsdiq etdiniz.
Bildiyiniz kimi onların ümmətin səlahı (məsləhəti)
üçün çalışması, İslamın əzəmət və şövkətinin
möhkəmləndirilməsi üçün səyləri bizim söhbətimizin
mövzusu deyildir. Çünki söhbətimiz onların
Peyğəmbərin (s) buyuruqlarına tabe olub-
olmamaları barədə idi və tabe olmamaqlarının
səbəbi barədə danışmırdı.
2. Axırıncı məktubunda məndən Əli (ə)
haqqında imamətə aid olmayan və əshabın əməl
etmədikləri səhih nəssləri göstərməyimi istəmişdin.
Halbuki sən özün o zamanın xəbərlərinin, eləcə də
"sünnələr”in rəhbər və imamısan, o xəbərləri ətraflı
mütaliə etmişsən və sənin onlardan xəbərsiz
olduğunu fikirləşmirəm. Kim bu hədisləri başa
düşməkdə özünü sizdən üstün hesab edə bilər?!
Görəsən, sünnə əhli içərisində sizə tay bir adam
varmı? Yox, heç vaxt!
Beləliklə, sizin bu xahişiniz şairin "Bir çox sual
edənlər (soruşanlar) vardır ki, özləri mətləbə
agahdırlar” – beytinə bənzəyir.
Səhabədən bir çoxunun Əliyə kin bəsləyərək
onunla düşmən olmasını yaxşı bilirsiniz. Beləliklə,
ondan ayrılmaları, ona əziyyət etmələri, nalayiq
söyüşlərlə, təhqir etmələri, haqqında zülmləri, onu
pisləməyi özlərinə vacib bilmələri, onunla döyüşləri,
onun, Əhli-beytinin və dostlarının müqabilində
qılıncla dayanmaları tarixin acı həqiqətlərindəndir.
Tarix dediklərimizə aşkar dəlildir. Halbuki,
Peyğəmbər buyurmuşdu: "Mənə itaət edən Allaha
itaət etmiş, itaətimdən çıxan isə, Allahın itaətindən
boyun qaçırmışdır, Əliyə itaət edən isə mənə itaət
etmiş, onun fərmanına boyun əyməyən mənim
fərmanıma boyun əyməmişdir.” Yenə buyurmuşdu:
"Məndən ayrılan Allahdan ayrılmış, Əlidən ayrılan
isə məndən ayrılmışdır.” O həzrət başqa bir yerdə
belə buyurmuşdu: "Ey Əli, sən həm bu dünyada,
həm də axirətdə seyyid və ağasan. Sənin dostun
mənim dostum, mənim dostum da Allahın dostudur.
Sənin düşmənin mənim düşmənim, mənim
düşmənim isə Allahın düşmənidir. Vay olsun
məndən sonra sənə qəzəblənən şəxsin halına!”
Peyğəmbər buyurmuşdur: "Əlini söyən məni, məni
söyən isə Allahı söymüşdür.” O həzrət yenə də
buyurmuşdur: "Əliyə əziyyət edən mənə əziyyət
etmiş, mənə əziyyət edən isə Allaha əziyyət
etmişdir.” Başqa bir yerdə yenə buyurmuşdur: "Əlini
sevən məni sevmiş, ona qəzəblənən isə mənə
qəzəblənmişdir.” Allahın elçisi belə də
buyurmuşdur: "Ey Əli, mömindən savayı heç kəs
səni sevməz, münafiqdən başqası da qəlbində sənə
kin bəsləməz.” Yenə də buyurmuşdur: "İlahi, onu
sevəni sev, ona düşmən olana düşmən ol. Ona
kömək edənə kömək ol, onu xar, zəlil etmək
istəyəni isə zəlil et!” Bir gün Peyğəmbər (s) Əli,
Fatimə, Həsən və Hüseynə baxaraq belə buyurdu:
"Sizinlə sülh və barışıqda olanla sülhdəyəm, sizinlə
mübarizə edənlə isə mübarizədəyəm.” Əbanı onların
üstünə saldığı zaman isə belə buyurdu: "Onlara
mübarizəyə qalxanla mübarizədə, sülhdə olanla
sülhdə, düşmən olanla isə düşmənəm.”
Bir çox belə hədislər mövcuddur ki, səhabə
nəinki onlara əməl etməmiş, hətta onun ziddinə səy
göstərərək, öz həvayi-nəfslərini bu hədislərdən
üstün saymış, qərəzli hərəkət etmişlər. Həqiqətdən
xəbərdar olanlar yaxşı bilirlər ki, Əlinin (ə) fəzilətləri
haqqında varid olmuş hədislər (ki, yüzlərlədir)
onunla dostluğu (onu sevmək) vacib, onunla
düşmənçiliyi isə haram sayır. Bu hədislərdən hər
biri o həzrətin Allah və onun peyğəmbəri yanında nə
qədər yüksək və ali məqama malik olduğunu
göstərir. Biz keçmiş məktublarımızda onların (o
həzrətin fəzilətlərinin) bəzilərinə işarə etmişdik,
amma demədiklərimiz söylədiklərimizdən olduqca
çoxdur. Siz ki, əlhəmdülillah, hədis və sünnədən
xəbərdar olan bir adamsız. Bzünüz deyin hansı
hədis və xəbər o cənabla mübarizə etməyə və ya
ona söyüş söyməyə dəvət edir? Hansı bir hədis o
həzrətə əziyyət vermək, onun kinini qəlbə salıb,
(onunla) düşmənçilik etməklə müvafiqdir? Hansı bir
hədis hökm edir ki, o həzrətin hüquqları qəsb
olunub, ona zülm olunsun, minbərlərdə, cümə və
bayram namazlarında o həzrəti söymək savab
sayılsın? Hansı?! Yoxdur, belə bir hədis əsla yoxdur.
Amma bu cür xilaf işlərə əl atanlar isə nə bu
hədislərin çoxluğuna, nə də təvatür halına
əhəmiyyət verirdilər və bu "nəss”lərin heç biri
onların siyasətlərinin tələbinə mane ola bilmirdi.
Onlar yaxşı bilirdilər ki, Əli Peyğəmbərin qardaşı,
vəlisi, varisi və sirdaşı idi. Əli Peyğəmbərin Əhli-
beytinin seyyidi və ağası, ümmətinin Harunu, o
həzrətin ciyər-parəsinin (Fatimə (ə)) həyat yoldaşı,
Peyğəmbərin zürriyyəsinin atası, İslamı qəbul edən
ilk şəxs, imanda hamıdan ixlaslı, hamıdan elmli,
əməldə hamıdan üstün, hamıdan helmli, yəqini
hamıdan çox olan şəxsdir. O cənab hamıdan artıq
əziyyət çəkmiş, həmişə də imtahanlardan üzüağ
çıxmışdır. O həzrətin fəzli, üstünlüyü hamıdan çox,
keçmişi hamıdan parlaq və əziz, İslamı hamıdan
yaxşı başa düşən, bütün müsəlmanlardan –
hidayətdə, əxlaqda, rəftarda– ən üstün, Peyğəmbərə
hamıdan yaxın, danışıqda və sükut etməkdə
hamıdan nümunəlidir.
Amma onların şəxsi qərəzləri və istəkləri
(özlərinə) hər bir dəlildən irəli idi, belə ki, onların
imamət barəsində öz rəylərini "qədir nəssi”ndən
üstün bilmələri heç də təəccüb doğurmur. Məgər
"qədir” hədisi yüzlərlə təvil (təhrif) olunmuş hədislər
arasında yeganədirmi ki, onu öz rəy və
məsləhətlərinə qurban verməsinlər?! Halbuki
Peyğəmbər (s) buyurmuşdur: "Mən sizin aranızda
iki qiymətli şeyi əmanət qoyub gedirəm ki, əgər
onlardan tutsanız, heç vaxt yolunuzu azmazsınız;
Allahın kitabı və Əhli-beytim.” Həmçinin o həzrət
buyurmuşdur: "Mənim Əhli-beytim Nuhun gəmisi
kimidir, o gəmiyə minən qurtulacaq, minməyən isə
qərq olacaq. Mənim Əhli-beytim sizin aranızda
Bəni-İsrail üçün olan "Hittə qapısı” kimidir, bu
qapıdan daxil olan bağışlanacaqdır.” Həmçinin,
buyurmuşdur: "Göydəki ulduzlar yer əhlinin
azmaması üçün, mənim Əhli-beytim isə ümmətimin
ixtilafa düşməməsi üçün bir səbəbdir. Əgər bir
qəbilə (qrup) onlarla müxalifət etsə, özlərinin
arasında ixtilaf tapılacaq və İblisin firqəsinə
çevriləcəklər.”
Ümmətin əməl etmədiyi belə hədis və
rəvayətlər, olduqca çoxdur. Vəssalam.
"Ş”
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев