-------------------------------------------------------
Günah barədə Ayətullah Behcətdən tövsiyə
Bir nəfər Ayətullah Behcətdən ona nəsihət verməsini istəyir.
Ağa Behcət həmişə olduğu kimi zikr ilə məşğul idi və başını qaldırıb buyurur: “Bacardığınız qədər günah etməyin”.
Sonra başını yenə aşağı saldı və zikrinə davam etdi.
Bir müddət sonra başını qaldırdı və buyurdu: “Əgər bəzən günaha düçar olsanız da, səy göstərin ki, o günah haqqun-nas olmasın”.
Sonra yenə zikrlə məşğul oldu.
Bir müddət sonra yenə başını qaldırdı və buyurdu: “Əgər elə günaha düçar olmusansa ki, onda haqqun-nas vardır – səy göstərin bu dünyada onu aradan qaldırasınız. Axirət üçün saxlamayın ki, orada çətin olacaqdır”.
Allah Təala bu tövsiyəyə riayət etməyi bizlərə də nəsib etsin.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев