(Məkkədə nazil olmuşdur, 4 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);
2. Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O əzəlidir, əbədidir!)
3. O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)
4. Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”
Hədislərdə İxlas surəsi
İxlas surəsini oxumaq, Qurani Kərimin üçdə birini oxumağa bərabərdir.
On dəfə İxlas surəsini oxuyana Cənnətdə bir köşk verilər.
Yatarkən yüz dəfə İxlas surəsi oxuyan Cənnətə girər.
Səhər namazından sonra 11 dəfə İxlas surəsi oxuyana, Cənnətdə bir köşk verilər.
Səhər namazından sonra 12 dəfə İxlas surəsi oxuyan, Qurani Kərimi dörd dəfə xətm etmiş kimi savaba qovuşar.
Evinə girərkən İxlas surəsini oxuyan yoxsulluq görməz.
İxlas surəsini oxuyan Müsəlmana Cənnət vacib olar.
Bir kimsə, səfərə çıxarkən 11 dəfə İxlas surəsi oxusa, Allahu təala, səfərdən dönənə qədər onun evini mühafizə edər.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев