Sənin rücah etdiyini kimsə geri apara bilməz, Sənin göndərdiyini geri qaytara bilməz, Sənin açdığın bir şeyi kimsə bağlaya bilməz, Sənin bağladığın bir şeyi kimsə aça bilməz, Sənin çətinlişdirdiyin bir şey kimsə asan edə bilməz, Sənin zəlil etdiyin kimsəyə bir yardımçı olmaz! Belə isə Muhəmməd (s) və onun soyuna səlaavat göndər və öz rəhmətinlə, ey mənim Rəbbim, rahatlıq qapısını üzümə aç, öz qüdrətimlə həyat meydanında qəm sultanının hökmünü sındır, istədiyim şeydə məni öz mərhəmətinlə kamala çatdır, istədiyimə icabətin şirinliyini daddır, öz tərəfindən mənə könül oxşayan bir icabət nəsib et, mənim üçün bəlalardan tezliklə bir nicat qərar ver, qəmə düşməyimlə məni öz vacibat müstəhəbbatından saxlama! Çünki mən başıma gələn hadisənin ucbatından taqətsiz olmuş, qəlbim həyatında baş verən bu bəladan qəm-qüssə ilə dolmuşdur və Sən düşdüyüm bu bəlanı aradan aparmağa qadirsən, belə isə öz qüdrətini mənim barəmdə işə sal, hərçənd Sənin tərəfindən buna layiq deyiləm, ey böyük ərşin SAHIBI...!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев