Yaz yağışları Payız yağışları çiskinli, qəmli. Bahar yağışları sevgi müjdəli. Payız da mənimtək gözləri nəmli. Ruha sığal çəkir baharın əli, Bahar yağışları sevgi müjdəli. Bu bahar yağışla birgə qayıtdı, Yudu ürəklərə çökən qübarı. Zirvələr başından çalmanı atdı Bənövşələr təbiətin nübarı, Sildi ürəklərə çökən qübarı. Baharı sevirsən bilirəm ey Dost, O da sənin kimi hüsnü şəhanə. Könlümün qamini silirəm ey Dost. Baharı hər zaman bənzətdim sənə, O da sənin kimi hüsnü şəhanə. Bilirəm pəncərə önündəsən sən, Seyr edirsən həzin yağan yağışı. Sən də bu bahara ümüd edirsən? Sanırsan göyərər həsrətin daşı? Seyr edirsən həzin yağan yağışı... Novruz Mizani Hafiz 19.03.2024 Tovuz
Yalnız Məndən qorxun... (Bəqərə Surəsi, Ayə 41) Qorxa- qorxa yaşadıq bu dünyada Tək Səndən qorxmadıq Səndən ya Rəbbim. İnamdan, imandan uzaqlaşırkən Düşdü zəlalətə bəndən ya Rəbbim Tək Səndən qorxmadıq Səndən ya Rəbbim. Ac qalmaqdan qorxan, ölür toxundan Biri varından qorxur biri yoxundan Qorxa qorxa insan çıxır oxundan Baxır həqiqətə gendən ya Rəbbim Tək Səndən qorxmadıq Səndən ya Rəbbim. Layiq bildin cismimizə bu canı Nemətlərlə Sən bəzədin Dünyanı Sən bəxş etdin Tövrat, İncil, Quranı Qaçdıq Səndən qaçdıq dindən ya Rəbbim Tək Səndən qorxmadıq Səndən ya Rəbbim. Yığırıq sərvəti, qorxuruq itə, Qorxub gizlənirik bəla yan ötə. Qorxu insanları döndərir bütə Qorxu aldı məni məndən
ANA HƏSRƏTİ Ölüm yatağında yatırdı Ana, Ömrünün yolları çatırdı sona. Gözləri qapıda, qulağı səsdə, Ürək çırpınırdı sanki qəfəsdə. Kədərli baxışlar yol gözləyirdi, Qəlbində kimisə əzizləyirdi. Onun nisgilini bilirdi hamı, Donmuşdu əlində əcəlin camı. Ana tələsmirdi onu nuş etsin, Rəbbinin hökmüylə vüsala yetsin. Baş- başa qalaraq xəyallarıyla, İçini sökürdü suallarıyla. Hərdən bir üzünə gəlirdi allıq Hərdən də gözündə donurdu lallıq. Ayağı ucunda qız övladları, Kədərlə baxırdı anaya sarı. Bu halət bu evdə günlərlə çəkdi, Bu qəmin yükünə dözmək gərəkdi... Nəhayət evdəki sükut pozuldu, Süzülən pıçıltı qəlblərə doldu. Otaqda olanlar qulaq kəsildi, Bəzisi gizlicə gözünü sildi. Dikəldi bir qədər