Burada deyirlər ki, "keçi can hayındadır, qəssab piy axtarır". "Günəşli" yatağıda baş verən faciədə ölənlərin və itkin düşənlərin sayı 33-nəfəri keçməsinə baxmayaraq, yanğın zamanı travma xəstələri xəstəxanalarda öz canları ilə əlləşməsinə baxmayaraq Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə keçirdiyi mətbuat konfransında bildirib ki, "həmin platformada hər gün 900 ton neft, 1 milyon kubmetr qaz alırdıq. Bu bizə dəyən ən böyük ziyandır."
Məncə burada təəccüblü heç nə yoxdur. Çünki Bakıda bina yananda 16 nəfər insan həlak olanda bu rejim qılını belə tərpətmədi.