Özümü həkimə, gah müəllimə,Gah da mühəndisə mən bənzədirdim.Atamın hər kiçik hərəkətiniBöyük bir həvəslə təqlid edərdim.“Üzüm tüklənəcək, bəs nə vaxt?” deyəOn dəfə baxardım gündə güzgüyəYaşımı deməyə mən utanırdım,Özümdən böyüyü xoşbəxt sanırdım...Böyümək istərdim mən gündə bir yaş,İstərdim tez keçsin aylar, fəsillər,Həftələr ötdükcə hey yavaş-yavaş,“Nə yaman ləng keçir” deyərdim, illər...İllər ləng keçmədi, hər anda illərMin insan ömründən kam aldı keçdiBir zaman gördüm ki, otuz yaşım var,İllər saçlarıma dən saldı keçdi...Dəyişir insanda məhəbbət, həvəs,İllər də ömürdən getmir boş yerə,Bu gün böyüklərə deyil, nədən bəs,Qibtəylə baxıram mən kiçiklərə.Başımız işlərə qarışır yamanHeç bilmirik axşam nə zaman düşürYamyaşıl gördüyün dünənki yarpaq,Bir də görürsən ki, budaqdan düşür.İllər çox sürətlə ötür dalbadalBir anda dağların qarı sel olur,Gözümüzü yumub-açınca dərhal,Həftələr ay olur, aylar il olur.Min gediş, min gəliş olur bir anda,Qovur bir-birini sanki nəsillər.Mən hər təzə ili qarşılayanda,“Nə yaman tez keçir” deyirəm, illər...Deyin, hara belə tələsirsiniz?Sizsiniz ömrümün yelkəni, illər!Mən sizi qovardım uşaqlığımda,İndi qovursunuz siz məni, illər!...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2