Bu kitabı oxuyarkən onun sizə və doğmalarınıza çatdırmaq istədiyi əsas fikri nəzərinizdə saxlayın. İsa Məsihin həvari Tomasa dediyi sözləri yadınıza salın: «Yol, həqiqət və həyat mənəm. Mənim vasitəçiliyim olmadan heç kəs Atanın yanına gələ bilməz» (Yəhya 14:6).
Bu kitab sizə İsa peyğəmbərin hansı mənada «yol» olduğunu başa düşməyə kömək edəcək. Yalnız onun vasitəsilə biz Yehova Allaha duada yaxınlaşa bilərik. Bundan əlavə, İsa Məsih bizi Allahla barışığa aparan yoldur (Yəhya 16:23; Romalılara 5:8). Üstəlik, biz yalnız onun vasitəsilə Allahın rəğbətini qazana bilərik.
İsa peyğəmbər «həqiqətdir». O, sözləri və əməllərilə Allah haqda həqiqəti mükəmməl şəkildə təzahür etdirirdi. O, çoxlu peyğəmbərlikləri yerinə yetirdi və onlar onun vasitəsilə «bəli» oldu (2 Korinflilərə 1:20; Yəhya 1:14). Bu peyğəmbərliklər İsa Məsihin Allahın niyyətinin gerçəkləşməsində əsas yer tutduğunu başa düşməyə kömək edir (Vəhy 19:10).
İsa peyğəmbər «həyatdır». Məsihin öz kamil bədənini və qanını bizim uğrumuzda qurban verməsi sayəsində bizim əsil həyata, yəni əbədi həyata qovuşmaq imkanımız var (1 Timutiyə 6:12, 19; Efeslilərə 1:7; 1 Yəhya 1:7). O həmçinin Cənnətdə əbədiyyən yaşamaq ümidilə dirilən insanlar üçün də həyat olacaq (Yəhya 5:28, 29).
Allahın niyyətində İsa peyğəmbərin oynadığı rolu hər birimiz dərk etməliyik. Arzumuz budur ki, yol, həqiqət və həyat olan İsa peyğəmbər barədə sevə-sevə öyrənəsiniz!
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев