- Like10
added yesterday at 00:21
“Ləylətur-Rəğaib” (arzular gecəsi)
Rəcəb ayının ilk cümə axşamı “Leylətur-Rəğaib” (arzular gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən, həmin gecəyə məxsus əməlləri yerinə yetirən şəxsə çoxlu bərəkət və savablar əta olunar. İslam Peyğəmbərindən (s) nəql olunur ki, Rəcəb ayının ilk cümə axşamından qafil olmayın ki, bu gecəni mələklər “istəklər gecəsi” adlandırırlar.
İslam Peyğəmbərindən (s) bu namazın fəziləti ilə bağlı belə nəql olunur: “Hər kim “Rəğaib” (istəklər) gecəsi bu namazı qılsa, qəbrin birinci gecəsində həmin namazın savabı onun müqabilində gözəl, gülərüz və parlaq simada zahi


- Like7
added January 24 at 06:52
Tarix
Rəcəb ayının 1-i hicri 57-ci il - 5-ci imam - İmam Muhəmməd Baqirin (ə) mübarək mövludu günüdür.
Rəcəb ayının 3-ü hicri 254-cü il - 10-cu imam - İmam Hadi (ə) (Əliyyən-Nəqi (ə)) şəhadətə yetişmişdir.
Rəcəb ayının 8-i hicri 20-ci il - İslam dininin Misirə gəldiyi gündür.
Rəcəb ayının 10-u hicri 195-ci il - İmam Muhəmməd Təqinin (ə) (müsəlmanlar bu mübarək şəxsi, İmam Cavad (ə) adı ilə də tanıyırlar) mübarək mövludu günüdür.
Rəcəb ayının 12-i hicri 36-cı il - Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir.
Rəcəb ayının 13-ü hicrətdən 23 il öncə Məkkə şəhərində, Kəbə evində Əmirəlmöminin Həzrət Əli (ə) dünyaya gəlmişdir.
Rəcəb ayının 15-

- Like3
added January 23 at 22:20
﷽
Rəcəb ayında İlahi carçının mesajı
Peyğəmbər (s) buyurur:
Mütəal Allah göyün yeddinci qatında “Dai” (carçı) adında bir mələk təyin etmişdir və o Rəcəb ayı daxil olduqda hər gecə səhərədək (insanlara) səslənib deyir: "Xoş zikr edənlərin halına! Xoş itaət edənlərin halına! Allah-təala buyurur: Mən, Mənə yoldaşlıq edənin yoldaşıyam, Mənə itaət edənin istəklərini yerinə yetirənəm, Məndən bağışlanma diləyənin bağışlayanıyam. Bu ay mənim ayım, bəndəm Mənim bəndəm və rəhmət Mənim rəhmətimdir. Bu ayda kim Məni çağırsa, ona cavab verərəm, kim Məndən [bir şey] istəsə, ona verərəm, kim Məndən hidayət istəsə, onu hidayət edərəm. Mən bu ayı özümlə bəndələrim arasında bir ip (vasitə) qərar vermiş

- Like21
loading...
Show more