Imam Hüseyn əleyhissalamın öz sərt çıxışları və məktubları ilə Bəni Üməyyə xanədanını rüsvay etməsinə baxmayaraq, Müaviyə ona qarşı heç bir əksül-əməl göstərmirdi. Çünki bunu öz məsləhətinə uyğun bilmirdi.
Müaviyənin ölümündən sonra Yezid özünü islam hökmdarı e᾽lan edib, hakimiyyətinin təməlini daha da möhkəmlətmək üçün böyük şəxsiyyətlərə məktub göndərərək onları bey᾽ət etməyə çağırırdı. Buna görə də Mədinədəki valisi Vəlidə də bir məktub yazıb Hüseyndən bey᾽ət almasını və bey᾽ət etmədiyi təqdirdə öldürüb başını Yezidə göndərməsini ondan tələb etmişdi. Müaviyə dəfələrlə, hətta ölüm yatağında olarkən, Yezidə Hüseyn (ə) ilə işi olmamasını tövsiyə etmişdi. Çünki bu işin axırı yaxşı qurtarmayacaqdı. Amma buna baxmayaraq, səfeh və xudbin Yezid ona edilən nəsihətlərə məhəl qoymadan Hüseynə qarşı çıxdı.
Mədinə valisi imam Hüseyn əleyhissalama məktubun məzmununu bildirdikdə həzrət buyurdu: «Mən şəhid olmağa hazıram. Bu murdar Yezidin islama rəhbər və hakim olduğu gün, islamın ruhuna fatihə oxumaq lazımdır». Imam Hüseyn əleyhissalam bilirdi ki, müxalifət etdiyi üçün daha Mədinədə qala bilməyəcəkdir. Elə buna görə də həzrət (ə) və əshabı gecə ilə Mədinədən Məkkəyə yola düşdü. Hüseynin bu hicrəti Yezidə bey᾽ət etməyə qarşı bir növ e᾽tiraz əlaməti idi. Bu iş bütün Mədinəni ayağa qaldırmışdı. Daha sonra xüsusilə imamın hacılara nitq söyləyib Yezidin hökumətini tənqid etdiyi zaman Məkkə də ayağa qalxdı.
Imam Hüseyn əleyhissalamın bu hərəkəti Kufə və ətrafdakı şəhərlərə çox böyük tə᾽sir etmişdi və xalq məsələnin nə yerdə olduğunu başa düşmüşdü. Belə ki, onlar Yezidin hakimiyyətinin haqq olmadığını və ona bey᾽ət etməyin islama, eləcə də müsəlmanlara böyük xəyanət sayıldığını çox gözəl bilirdilər.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев