Olqa Nikolayevna özü hərb, döyüş və silah həvəskarı idi. Qoçaq adamlar barədə məlumat toplayar və onları çar ordusuna cəlb etmək üçün çalışardı. 1909-cu ilin 11 iyulunda 3-cü Yelizavetqrad Qusar İmperator alayının fəxri komandiri təyin edilən Olqa Nikolayevna vətənini sevən bir xanım idi. O, mətbuatda oxuyur ki, Qafqazda Dəli Alı adlı qoçaq bir şəxs uzun illərdir hökumətə qarşı mübarizə aparır. Əmisindən xahiş edir ki, Alı barəsində məlumatları və fotosunu dərhal ona göndərsin. Əmisi onun sözünü yerə salmır və Dəli Alının fotosu ilə yanaşı, yerli hökumətin raport və ərizələrini çar qızına göndərir. Onun barəsində ətraflı məlumat toplayan Olqa Nikolayevna atasından xahiş edir ki, qaçağı bağışlasın. Atasına məlumat verir ki, Dəli Alı bir soyğunçu deyil, köhnə adətlərə riayət edən, xeyirxahlığı ilə seçilən, ehtiyacı olanlara yardım göstərən və arxasızlara arxa duran bir qəhrəmandır. Bir sözlə, müasir Robin Huddur. Şahzadə onun əfv olunmasının zəruriliyini bununla əsaslandırır. http://publika.az/p/113440
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2