23 Fevral 2013 [21:18]
2012-ci ildə Lənkəran şəhər bələdiyyəsinə 145 ərizə və şikayət daxil olub
2012-ci il də Lənkəran şəhər bələdiyyəsinə 145 məktub ərizə və şikayət daxil olub. İdarə və təşkilatlardan daxil olan məktubların sayı 42, vətəndaşlardan daxil olan ərizə və şikayətlərin sayı isə 103 təşkil edib.
Bələdiyyə sədri Eldar Hüseynov Gün.Az-ın bölgə müxbirinə bildirib ki, ərizələrin 10- u fərdi yaşayış evi, 12-si mağaza tikintisinə torpaq ayrılması, 23-ü istifadəsində olan, 26-sı isə artıq torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı olub.
Bələdiyyə sədri ölkədə torpaq islahatı aparılarkən şəhərə ehtiyat torpaq verilmədiyini, buna görə də bu sahədə bir çox problemlərin mövcud olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, ev tikintisi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar torpaq üçün müraciət edənlər kənd bələdiyyələrinə göndərilir.
Ümumilikdə bələdiyyə tərəfindən ötən il abadlıq, təmir-tikinti işlərinə 25 min 784 manat vəsait xərclənib, 41 nəfərə 7963 manatlıq yardım göstərilib.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев