İlk dəfə savaşdan yox, sülhdən
qorxduq.
İlk dəfə ölümdən yox, "
yaşamaqdan" qorxduq..
Cəsarətimiz, ölümə meydan
oxumağımız mübarək.
Oyanışımız, birliyimiz mübarək!
Özümüzə dönüşümüz mübarək!
Gözləyib, gizləyib zaman sirrini,
Dəyişib dünyanın işi,amalı.
Deyəsən, yetişir qiyamət günü,
Vədəsiz küləklər əsir, Xocalı!
Sərt gəldi fevralın 26 –sı,
Al qana qərq oldu bulaqlarda su,
Qəfildən quruldu bir yurdun yası,
Bir kəsə çatmadı səsim Xocalı!
Od yağdı, el düşdü, küyə, təşvişə,
Nalələr,fəryadlar dirəndi ərşə,
Allah da baxmadı bu haqsız işə,
Titrədik biz əsim – əsim, Xocalı!
Əzəldən əl atıb böhtana, şərə,
Çaqqallar toplaşıb güc gəlir şirə,
Matəmə büründü yurd birdən -birə,
Ötüşdü bir qəmli nəsim, Xocalı!
Nə görüb, nələri çəkməyib başın,
Od tutdu o gecə torpağın, daşın,
Dul qalmış gəlinin gözünün yaşın,
Bəs necə qurudum, kəsim, Xocalı!
Dinmirəm gözümdə gilələnir yaş,
Yadıma düşdükcə