Topaz Premyer Liqasının XVI turunda reallaşan və qolsuz bərabərliklə başa çatan “Kəpəz” – “Rəvan” oyunundan sonra hər iki komandanın baş məşqçilərinin iştirakı ilə ənənəvi mətbuat konfransı keçirilib. Gəncə klubunun baş məşqçisi Şahin Diniyev oyunla bağlı bunları deyib: “Oyun haqda çox danışmağa ehtiyac yoxdur. Komandamız 16 tur ərzində ən zəif görüşlərindən birini keçirdi. Qarşıdakı iki tura uşaqları motivasiya edib meydana çıxarmağa çalışacağıq. Eyni heyətlə 16 çempionat və 1 kubok oyunu keçirmişik. Bu gün oyunumuzda sürət çatışmırdı. Cinahlardan hücumlar alınmırdı. “Rəvan” ağılla müdafiə olundu, müdafiəni yara bilmədik. Sürət və futbolçuların fərdi ustalığının olmaması səbəbindən qazanmalı olduğumuz vacib qələbəni əldən buraxdıq. Liderlərə çatmaq istəyirdiksə, mütləq qələbə qazanmalı idik. Faciə düzəltməməliyik. Səhvlərimizi aradan qaldırmalıyıq. “Sumqayıt”ı çıxmaq şərti ilə son 4 oyunda qol vura bilməməyimiz məni narahat .
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 3