Fevralın 26-da əzimiz Elçin
bizə daha bir faciə yaşatdı... Çox
dəhşətli şəkildə dünyasını dəyişdi. Bütün onu tanıyanların ürəyinə sağalmayan
yara vurdu. Çox heyif. Elçin hamımızın sevimli idi. Elçinin zəngin dünyagörüşü,
intellekti, tərbiyəsi, əxlaqı, mənəvi saflığı, dostluğa sədaqəti, işinə
məsuliyyəti, özünəməxsus xasiyyəti onu daim yüksək zirvələrə aparırdı. Onun
hərbi xidmətdə xüsusi fərqlənməyi də təsadüfi deyildi. Hələ kursant olduğu
vaxtlarda çətin və şərəfli işinə bağlılığı onun ətrafında olanların diqqətini
çəkirdi. Hər zaman Elçindən yaxşı xəbərlər eşidirdim. Nəyisə aldım, qazandım və
ya nail oldum... Amma fevralın 26-da Elçinin özü ilə bağlı xəbər aldım. Bu
xəbər məni o qədər sarsırdı ki, sanki Elçinin düşməni oldum. Düşünmürdüm ki, bu
qədər tez Elçin ölümə boyun əyər. Amma nə fayda, doğrudanda Ölüm haqdır qaçmaq
olmaz əmrindən.
Son danışığımız fevralın
24-də oldu. Mənə söz verdi ki, bir neçə günə Bakıya gəlib sənə zəng vuracam
görüşərik. Amma olmadı....
Xülasə... Mən belə faciəli
şəkildə ucuz ölümü sənə yaraşdırmadım qardaş!!! İndi sadəcə sənə uca Allahdan
rəhmət diləyirəm. Məzarın nurla dolsun, rahat uyu... – sənin təbirincə desək, bəli mənim qardaşım
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 4
Goresen niye bizi yaradan ulu Tanrimiz yaxwi insanlari aramizdan tez aparir