Bir gün binanın girişindən keçib yuxarı evə doğru gedirdim..
Gördüm girişdə elan lövhəsinə kim isə bir kağız yapışdırıb..
"Pensiyamı almışam və onun 20 manatını itirmişəm.. bu pula ehtiyacım olduğundan binanın həyətində kimsə pulu taparsa xahiş edirəm 45-ci mənzilə gətirib mənə çatdırsın.. çox sağ olun.."Çox düşündürdü məni bu yazı.. Cibimdəki 40 manat pulun 20sini ayırıb həmin mənzilə yollandım..
Qapını bir yaşlı qadın açdı. Tək yaşadığı bəlli olurdu. Pulu ona uzatdım və dedim "Sizin elanı gördüm, pulu mən tapmışam, gətirdim sizə çatdırım..."Qadının gözləri doldu.. dedi "oğlum, mən pulu artıq tapmışam.. lakin sən 4-cü cavansan ki, bu gün mənə 20 manat pul gətirirsən.. Allah sizin kimi cavan