Kateqoriya: Dünya Yayımlama tarixi: 20.12.2014 13:16:17 2948 dəfə oxunub.
Başına qılıncla 2 dəfə zərbə endirdilər.
İslamazeri.az-ın "Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, Rakka və ətrafında sayılıb-seçilən şeyxlərdən biri olan 98 yaşlı Şeyx Məhəmməd Əccan əl-Hədid Sufi keçən il İŞİD terrorçuları tərəfindən həbs edilmişdi. Səbəb isə İŞİD-ə beyət etməmək idi.
Şeyxin evi və malları müsadirə olunmuşdu. Terrorçular şeyxdən əfv üçün pul istəsələr də, o bunu qəbul etməmişdi.
Nəhayət, terrorçular cadugərlik maddəsi ilə şeyxin başının qılıncla kəsilməsi fətvasını veriblər.
Terrorçular 98 yaşlı şeyxi "Al Nur" məscidinin qarşısına gətirərək, başına qılıncla 2 dəfə zərbə endiriblər. Buna baxmayaraq, başı bədənindən ayrılmayıb. Daha sonra bıçaqdan istifadə edərək şeyxin başını kəsiblər.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев