*Doğulub dünyaya gəldim elə ki, Çıxdı rahatlığın əlindən ANA.
Gecələr yatmayıb laylamı dedin, Of sözü duymadım dilindən ANA.
*Doqquz ay bətnində
bəslədin məni, Mən sənə nə etdim bilmirəm ana. İndi göz yaşlarım süzür yanağa, Yanaqda
quruyur silmirəm ANA.
*Uşaqkən qədrini bilmirdim sənin,
Öpməzdim ağarmış telindən ANA.
İndi can üstəsən nə mənası var, Yüz kərə öpsəm də əlindən ANA.
* Qəlbinə toxundum yenə can dedin, Bir ömür xətrimə dəymədin ANA. Halal zəhmətinlə
böyütdün məni, Heç kimə sən boyun əymədin ANA.
*Yaxşı əməlinlə abidə qurdun, Hər kəsin
qəlbində ucaldın ANA. O qədər dərdimi, cəfamı çəkdin, Gözümün önündə qocaldın ANA.
*Ömrünü caladın mənim ömrümə, Özünü mən qədər sevmədin ANA.
Özün öz canından pay verdin mənə, Ruhumda sən varsan ölmədin ANA.
*Adın müqəddəsdir adına qurban Bəzəmək nə lazım naxışla ANA.
əvəzin yox imiş gec anlamışam, Haqqını halal et bağışla ANA.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев