azimov.ibrahim

İbrahim Azimov

"Barselona" klubunun hücumçusu Lionel Messi La Liqada çempionluğun müəyyənləşəcəyi Madrid "Atletiko"su ilə oyunöncəsi maraqlı fikirlər fikirlər səsləndirib. Qol.Az-ın məlumatına görə, argentinalı futbolçu bu çempionluğu sabiq baş məşqçiləri, mərhum Tito Vilanova üçün qazanmaq istədiklərini bildirib: "La Liqada çempionluğu sabiq baş məşqçimiz, mərhum Tito Vilanova üçün qazanmaq istəyirik. Geridə qalmaqda olan mövsümü ona həsr edirik. Çünki Vilanovanın "Barselona"nı nə qədər çox sevdiyini bilirik. O, əsl fanatdır". Qeyd edək ki, 2012/2013 mövsümündə "Barselona"nı çalışdıran Vilanova uzun sürən xəstəlikdən sonra aprelin 25-də dünyasını dəyişmişdi.
azimov.ibrahim

İbrahim Azimov

yeni qlaksi s 5
04:16
#GALAXY11: The Training
14 638 просмотров
azimov.ibrahim

İbrahim Azimov

Argentina millisinin futbolçusu Linel Messi yenidən maraqlı açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, "Ole"yə danışan Messi ən yaxşı seçilməsi üçün dünya kubokunu qazanmağa ehtiyacı olmadığını bildirib: "Dünya kubokunu qazanmayan bir sıra səviyyəli futbolçu var. Mənim də ən yaxşı olmağım üçün dünya kubokuna ehtiyacım yoxdur. Lakin dünya çempionu olmaq hər bir futbolçu üçün xüsusi önəm daşıyır. Braziliyada yaxşı günlər keçirəcəyimizi düşünürəm. Ümid edirəm ki, finala vəsiqə qazana biləcəyik".
azimov.ibrahim

İbrahim Azimov

Futbol tarixinin yaşı 20-dən aşağı olan ən bahalı futbolçu transferləri müəyyənləşib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, siyahıya 18 yaşında "Everton"dan "Mançester Yunayted"ə transfer olunan Ueyn Runi başçılıq edir. Mançester təmsilçisi isgilis hücumçunu heyətinə qatmaq üçünn 37 milyon avrosundan keçmişdi. Xavyer Saviola ikinci, Anderson isə üçüncü olub. Futbol tarixində yaşı 20-dən aşağı olan ən bahalı 10 transfer aşağıdakılardır: 1. Ueyn Runi - 18 yaşında "Everton"dan "Mançester Yunayted"ə 37 milyon avroya transfer olunub. 2. Xavyer Saviola - 19 yaşında "River Pleyt"dən "Barselona"ya 35.9 milyon avroya transfer olunub. 3. Anderson - 19 yaşında "Portu"dan "M
azimov.ibrahim

İbrahim Azimov

Məşhur "Footballderbies" saytı dünyanın ən böyük derbilərinin adını açıqlayıb. Qol.Az-ın məlumatına görə, 20 derbinin yer aldığı siyahıya "Real" - "Barselona" matçı başçılıq edir. Hər mövsüm böyük maraqla gözlənilən "Real" (Madrid) - "Barselona" derbisi digər oyunları geridə qoymağı bacarıb. İngiltərənin ən titullu iki komandası - "Mançester Yunayted" - "Liverpul" oyunu siyahıda ikinci olub. "Üç"lüyü isə Argentinanın "Boka Xunyos" - "River Pleyt" derbisi tamamlayır. 1. "Real" (Madrid) - "Barselona" (İspaniya) 2. "Mançester Yunayted" - "Liverpul" (İngiltərə) 3. "Boka Xunyos" - "River Pleyt" (Argentina) 4. "Mançester Yunayted" - "Mançester Siti" (İngiltərə) 5. "Real" (Madrid) - "A
Показать ещё