Dini anlamda Allahın razılığına səbəb olan
bütün əməllər, xüsusilə, insanın başqalarına
münasibətdə göstərdiyi xeyirxahlıq ehsan
sayılır. Ehsan sözünün ərəb dilindən
tərcüməsi “yaxşılıq” deməkdir.
Qurani-kərimdə Allah-təala öz bəndələrinə
müraciətlə buyurur: “Həqiqətən, Allah
ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara
(haqqını) verməyi buyurur, zina etməyi, pis
işlər görməyi və zülm etməyi isə qadağan
edir...” (Nəhl, 90). İslamda ehsan həm Allah-
taala tərəfindən öz bəndələrinə
ünvanlanmış sonsuz nemətlər mənasında,
həm də insanların bir-birinə münasibətdə
nümayiş etdirdikləri qarşılıqlı yardım və
qayğı anlamında başa düşülür: “...Allah sənə
yaxşılıq etdiyi kimi, sən də yaxşılıq
et...” (Qəsəs, 77).
Dinimiz tövsiyə edir ki, insanlar həmişə bir-
birinə qarşı diqqət və sayğı ilə davransınlar,
bir kəsin çətinliklərini həll etmək üçün
bütün cəmiyyət səfərbər olsun, insanlararası
münasibətlərdə xeyirxahlıq, dözümlülük və
məhəbbət hökm sürsün. İslam dini yaxşılığa
pisliklə cavab verməyi böyük nankorluq
sayır: “Yaxşılığın əvəzi ancaq
yaxşılıqdır” (Rəhman, 60). Hətta pislik
müqabilində də yaxşılıq etməyə, səhvləri
bağışlamağa çalışmaq müsəlman əxlaqının
özəl xüsusiyyətlərindən sayılır. Bir gün
Həzrət Mühəmməd Peyğəmbər (s) öz
səhabələrinə buyurdu: “Dünyada və
axirətdə sizə ən çox xeyir verəcək əməlləri
bildirimmi? Bunlar sənə zülm edəni
bağışlamaq, səndən əlaqəsini kəsənlərlə
rabitə yaratmaq, sənə pislik edənlərə
yaxşılıq etmək, səndən əsirgəy verməkdir”.
İmam Rza (ə) isə buyurmuşdur: “Ədalət və
ehsanla davranmaq nemətin davam
etməsini müjdə verər”.
Başqalarına yaxşılıq etmək xüsusiyyəti
Allahın öz bəndəsində ən çox bəyəndiyi
xasiyyətlərdəndir: “Yaxşılıq edin. Allah
yaxşılıq edənləri sevər!” (Bəqərə, 195).
islam.az
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев