Предыдущая публикация
Həsrətin çəkdiyim az deyil, axı.
Bu qısa görüşlə ovunmur ürək,
Bir gülün açması yaz deyil, axı.
Dur, getmə, nə olar, bir azca da qal,
Bir az da oxşayım ipək telini.
Dərya gözlərində qərq olum, tutum,
Əllərim əsərək, zərif əlini.
Dur, getmə, nə olar, bir azca da qal,
Bir az da danışaq, bir az dərdləşək,
Üzüm yalnız sənin yanında gülür,
Özgə vaxt qəmliyəm yetim uşaq tək.
Dur, getmə, nə olar, bir azca da qal,
Bir az da boynuma dolansın qolun.
Bircə Allah bilir, bir də nə zaman
Bizim tərəflərə düşəcək yolun.
🔥🅐🅩🅐🅝🅢🅔🅢🅘🔥
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев