Tasua "doqquzuncu" deməkdir. Çünki sözün kökü 9 mənasını bildirir, necəki aşura sözü onluqla əlaqəlidir.
İmam Sadiq (ə) Tasua haqqında belə buyurub: “Tasua elə bir gündür ki, həmin gün İmam Hüseyn (ə) və dostları cəm olmuş Şam qoşunu tərəfindən mühasirəyə alındılar. İbn Ziyad (L) və Ömər Səd (L) Şam qoşunun gəlişi ilə sevindilər. Həmən gün İmam Hüseyni (ə) zəif gördülər və qəti bildilər ki, daha onlara kömək gəlməyəcək. Artıq iraqlılar onu (ə) dəstəkləməyəcək”.
Tasua gününün hadisələrindən biri Şimr İbn Zil-Cövşənin (L) 4000-lik süvari ilə Kəbəlaya daxil olmasıdır. O İbn Ziyadın (L) məktubu ilə gəlir. İbn Ziyad (L) Ömər Sədə (L) yazır ki, Hüseyni (ə) beyətə məcbur et, ya da ona qarşı savaşa başla, əks təqdirdə qoşuna rəhbərliyi Şimrə (L) dövr edəcəksən. Ömər Səd (L) döyüşü qəbul edib Şimri (L) piyada qoşunun rəhbəri təyin edir. Tasua günü orduların döyüşə tam hazır olan günüdür. Həmçinin bu gün Həzrəti Abbasa (ə) və digər Ummul-Bənin övladlarına amannamə gəlir. Lakin onlar bunu qəbul etmirlər.
Tasua gecəsi İmamın (ə) öz əshabından beyətini geri götürdüyü gecədir. İmam (ə) gecə yaxınlarını, dostlarını xeyməyə yığıb onların öz əhdlərinə sadiq olduqlarını və öz beyətinin onlardan geri götürdüyünü və hər kəs azaddır, kim istəsə gedə biləcəyini bildirir.
Bu gün Aşuradan bir gün qabaq Tasua günüdür. Bu gün Aşura qədər ağır gündür. Aşuranın zəminəsinin hazırlanan günüdür...
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев