Zinəddin Zidan (fr. Zinédine Zidane, ərəb. زين الدين زيدان ; d.23 iyun 1972, Marsel, Fransa) — fransalı futbolçu, İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi Karlo Ançelottinin köməkçisi, BMT-nin xoşməramlı səfiri. 2006-cı ildə futbolçu karyerasını başa vurmuşdur.
Karyerası ərzində, 1988-1992-ci illərdə, Fransanın "Kann", 1992-1996-cı illərdə "Bordo", 1996-2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001-2006-cı illərdə İspaniyanın "Real Madrid" klublarında çıxış edib. Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub.
1988-1995-ci illərdə Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. 1994-2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. Fransa yığmasının heyətində Zidan ayrı-ayrı vaxtlarda 6 beynəlxalq turnirdə çıxış edib. O, millinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub. 2006-cı ildə dünya çempionatının gümüş medalını, 1996-cı ildə Avropa çempionatının bürünc medalını qazanıb.
Zidan 1998, 2000 və 2003-cü illərdə dünyanın ən yaxşı futbolçusu seçilib.[2]
2006-cı ildə futbolçu karyerasını bitirib. Daha sonra "Real Madrid" klubunda prezidentin müşaviri, idman direktoru vəzifələrində çalışıb. Hal-hazırda klubda baş məşqçinin asistentidir. Zidan, həmçinin, müxtəlif xeyriyyə oyunlarında iştirak edir və böyük şirkətlərin reklam çarxlarında çəkilir.
Həyatı
Valideynləri İsmayıl və Malikə 1953-cü ildə Əlcəzairin Kabiliyə bölgəsindən Fransanın paytaxtı Parisə miqrasiya edib. Atası burada iş tapa bilmədiyi üçün Marselə köçüblər.Zinəddin Yazid Zidan 23 iyun 1972-ci ildə Fransanın Marsel şəhərində anadan olub. Zidan valideynlərinin beşinci uşağı olub. Atası Marseldə mağazada gecə gözətçisi işləyib. Zidan berber xalqının nümayəndəsi olub. Zidan valideynlərinin beşinci övladı olub.Zidan Marselin La Castellane bölgəsində böyüyüb. Uşaq yaşlarından Zidan futbola maraq göstərib, ilk vaxtlar küçələrdə qonşularla futbol oynayıb.Daha sonralar yerli "Sen-Anri" klubunda məşqlərə başlayıb. 2 il burada məşq elədikdən sonra 14 yaşına qədər Setem-le-Vallon klubunun heyətində məşq edib.[3] 14 yaşında Fransa Futbol Federasiyasının keçirdiyi seleksiya toplanışında Kann klubunun agenti Jan Varraudun diqqətini cəlb edib. Zidan növbəti üç ilini Kann klubunun aşağı yaş qrup komandalarında keçirib.[8]
28 may 1994-cü ildə Veronike Fernandez-Lentisko ilə evlənib. Dörd uşaqları var.[9] Enzo Alan Zidan Fernandez (d. 25 mart 1995), Luka Zinəddin Zidan Fernandez (d. 13 may 1998),[10] Zeo Zidan Fernandez (d. 18 may 2002), və Elyaz Zidan Fernandez (d. 26 dekabr 2005). Enzo, Luka və Zeo Real Madrid Akademiyasının üzvləridir. Enzo Yuvenil A-nın yarımmüdafiəçisi, Luka Cadete A-nın qapıçısı və Zeo Alevin A-nın hücumçusudur.
Futbolçu karyerası
Klub karyerası
Kann[redaktə
"O, indiyə qədər ki, beş-altı ən yaxşı oyunçudan biridir. Onun ayaqları top ilə ünsiyyətdə idi."
Zidanı kəşf edən Yan Varroud
Zinəddin Zidan peşəkar karyerasına Fransanın "Kann" klubunda başlayıb. Zidan hələ 17 yaşı olmamış 18 may 1989-cu ildə Fransa Çempionatında "Nant" ilə oyunda debüt edib.1988-1989 mövsümündə futbolçu cəmi 2 oyunda meydana çıxıb. Sonrakı illərdə yarımmüdafiəçi öz oyunu ilə məşhurluq qazandı. Zidanın topla davranışı, manevrlər edərək rəqib komandanın müdafiəsini keçməsi, öz komanda yoldaşlarını başa düşməsi digər futbolçulardan fərqlənirdi.
1990-cı ildən başlayaraq "Kann"ın əsas heyət üzvlərindən birinə çevrilib.Zidan 8 fevral 1991-ci ildə baş tutan oyunda ilk qolunu da Nant klubuna vurub. Klub prezidenti Zidana avtomobil alacağını söz verib və sözünə əməl edərək qırmızı Clio alıb. 1990-1991 mövsümündə 28 oyunda meydana çıxıb.
Növbəti mövsüm Zidan 32 oyunda meydana çıxdı və 5 qol vurdu, lakin bu klubun aşağı liqaya düşməsinə mane ola bilmədi. Belə vəziyyətdə Zidan klubdan ayrılmağı qərara aldı. 1988-1992-ci illərdə bu klubda oynayıb.
Bordo
1992-ci ildə digər fransız klubu "Bordo" ilə müqavilə imzalayıb. Bu transfer 3 milyon franka başa gəlib.
Zidan Bordonun heyətində Kristofe Duqarri və Bixente Lizarazu ilə tanış olur və onlar gözəl üçlük təşkil edirlər. "Bordo"da ilk mövsümdə 35 oyunda meydana çıxıb və 10 qol vurub. 28 sentyabr 1993-cü ildə UEFA Kubokunun ilk təsnifat mərhələsində İrlandiyanın "Bohemyans" klubu ilə qarşılaşmada meydana çıxıb və 22-ci dəqiqədə komandasınını ilk qolunun müəllifi olub, oyun 5-0 hesabı ilə Bordonun xeyrinə başa çatıb. Bu, Zidanın UEFA Kubokunda debüt oyunu idi.23 noyabr 1993-cü ildə 3-cü təsnifat mərhələsinin cavab oyununda da meydana çıxıb və 77-ci dəqiqədə komandasının yeganə qolunu vurub. 1993-1994-cü illər mövsümündə 6 dəfə fərqlənib.
27 sentyabr 1994-cü ildə UEFA Kubokunun birinci təsnifat mərhələsində İslandiyanın "Lilleström" klubu ilə cavab qarşılaşmasında 2-ci dəqiqədə hesabı açıb, oyun 0-2 hesabı ilə "Bordo"nun qələbəsi ilə yekunlaşıb və "Bordo" növbəti mərhələyə vəsiqə qazanıb.[20] Növbəti mərhələdə Polşanın "Katowice" klubu ilə hər iki oyunda 90 dəqiqə meydanda olub, "Bordo" iki oyunun nəticəsində 2-1 məğlub olaraq mübarizəni dayandırıb. 1994-1995 mövsümündə Zidan 6 qol vurub. 1995-ci ildə "Bordo" ilə UEFA İntertoto Kubokunu qazanıb.
1995-ci ildə "Bləkbörn Rovers"in baş məşqçisi Kenni Dalqliş Zinəddin Zidan və Kristofe Duqarri ilə maraqlandığını açıqlamışdı. Klubun prezidenti Cek Volker isə belə cavab vermişdi: Bizim Tim Şervurd kimi oyunçumuz olduğu halda siz niyə Zidanla müqavilə bağlamaq istəyirsiniz?
UEFA Kuboku 1995/1996-cı illər mövsümündə "Bordo"nun heyətində 6 oyun keçirib və 1 məhsuldar ötürmə verib.1995-1996 mövsümündə Zidan "Bordo"nun heyətində UEFA Kubokunun finalına çıxıb. Zidan "Bordo"nun heyətində 4 uğurlu mövsüm keçirib. 1996-cı ilin əvvəlində 1.2 milyon funt sterlinqə İngiltərənin "Nyukasl" klubuna təklif edilib, lakin "Nyukasl"ın aşağı liqaya düşməsinə görə bu transfer baş tutmayıb.
Yuventus
"Bordo"da oyunu "Yuventus" klubunun diqqətini cəlb edib.[4] 1996-cı ilin iyununda 35 milyon franka "Bordo"dan İtaliyanın "Yuventus" klubuna transfer olunub.
8 sentyabr 1996-cı ildə İtaliya A Seriyasının birinci turunda "Redjina" ilə qarşılaşmada "Yuventus"un heyətində debüt edib. Zidan bu oyunu əvəzolunmadan keçirib və görüş 1-1 hesabı ilə başa çatıb.20 oktyabr 1996-cı ildə İtaliya A Seriyasının altıncı turunda "İnter"lə ev qarşılaşmasında 62-ci dəqiqədə Yuventusun heyətində ilk qolunu vuraraq hesabı 2-0 edib, oyun elə bu hesabla başa çatıb, Zidan oyunu əvəzolunmadan keçirib.[26] 1 dekabr 1996-cı ildə İtaliya A Seriyasında "Bologna" ilə qarşılaşmada 50-ci dəqiqədə oyunda yeganə qola imza ataraq komandasına qələbə qazandırıb. 8 dekabr 1996-cı ildə Qitələrarası Kubokun final oyununda "Yuventus"un heyətində River Pleyt klubuna qarşı oyunda meydana çıxıb, bu oyunda "Yuventus" 1-0 hesabı ilə qələbə qazanıb və kubokun sahibi olub. Bu kubok Zidanın "Yuventus" karyerasında ilk titulu olub. 15 yanvar 1997-ci ildə "Yuventus"un "Pari Sen-Jermen"i 6-1 hesabı ilə qalib gəldiyi və 5 fevral 1997-ci ildə 3-1 hesabı qalib gəldiyi oyunda meydanda olub,bu nəticələrlə "Yuventus" UEFA Super Kubokunun qalibi olub. 6 aprel 1997-ci ildə "Milan"la səfər oyununda 32-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı 0-2 edib, oyun 1-6 hesabı ilə "Yuventus"un qələbəsi ilə yekunlaşıb.19 mart 1997-ci ildə Norveçin "Rusenburq" klubu ilə UEFA Çempionlar Liqasının dörddə bir final mərhələsinin cavab qarşılaşmasında hesabı 1-0 edərək bu turnirdəki ilk qolunu vurub, oyun "Yuventus"un 2-0 hesablı qələbəsi ilə başa çatıb.[32] 28 may 1997-ci ildə UEFA Çempionlar Liqasının finalında "Borussiya Dortmund"la qarşılaşmada meydanda olub, bu oyunda "Yuventus" 3-1 hesabı ilə məğlub olaraq gümüş medallar qazanıb.[3] İlk mövsümdə 5 qol vurub.[15]
19 oktyabr 1997-ci ildə Bari klubu ilə İtaliya A Seriyasının oyununda 68-ci dəqiqədə komandasının ikinci, 79-cu dəqiqəsində isə üçüncü qolunu vuraraq dubl edib, oyun 0-5 hesabı ilə "Yuventus"un xeyrinə başa çatıb.[33] 25 yanvar 1998-ci ildə "Atalanta" ilə ölkə çempionatı oyununda hesab 1-1 olarkən 71 və 90-cı dəqiqələrdə iki qol vuraraq hesabı 3-1 edib və komandasına qələbə qazandırıb.[34] 18 mart 1998-ci ildə Ukraynanın "Dinamo Kiyev" klubu ilə UEFA Çempionlar Liqasının dörddə bir final mərhələsinin cavab qarşılaşmasında yüz min tamaşaçı qarşısında oynayıb.[35] 20 may 1998-ci ildə Zidan yenidən "Yuventus"un heyətində UEFA Çempionlar Liqasının finalınadək irəliləyib, bu dəfə finalda "Real Madrid"ə 1-0 hesabı ilə məğlub olaraq ikinci yeri tutublar.[36]
24 yanvar 1999-cu ildə "Perudja" ilə çempinoat oyununda 55-ci dəqiqədə "Yuventus"un ikinci qolunu vuraraq hesabı 2-1 edib və komandasına qələbə qazandırıb.[37] UEFA Çempionlar Liqasının 1998/1999 mövsümündə Yuventusun heyətində yarımfinalda İngiltərənin "Mançester Yunayted" klubu ilə oyunlarda meydana çıxıb. İki oyunun nəticəsinə 3-4 hesabı ilə məğlub olan "Yuventus" mübarizəni dayandırıb.[38][39]
Zinəddin 1996-2001-ci illərdə "Yuventus"un heyətində top qovub. Bu müddətdə o, 2 çempionluq və 2 vitse-çempionluq qazanmaqla yanaşı 2 dəfə UEFA Çempionlar Liqasının finalçısı olub. Zidanın hesabında Qitələrarası kubok və Superkubok da var.[40] Yuventusun heyətində 151 oyun keçirib və 24 qol vurub.
Real Madrid[redaktə | əsas redaktə]
2001-ci ildə 76 milyon avroya Yuventusdan "Real Madrid" klubuna keçib.[41] Bu transfer "Real Madrid" prezidenti Florentino Perezin Qalaktikos erası transferlərindən biri olub.
Zinədin Zidan Devid Bekhemlə Real Madridin heyətində (2003)
25 avqust 2001-ci ildə La Liqanın ilk turunda "Valensiya" ilə səfər qarşılaşmasında "Real Madrid"in heyətində debüt edib, oyunu əvəzolunmadan keçirib və oyun 1-0 hesabı ilə Real Madridin məğlubiyyəti ilə yekunlaşıb.[42] 15 sentyabr 2001-ci ildə üçüncü tur oyunlarında "Real Betis"lə səfər qarşılaşmasında 14-cü dəqiqədə hesabı 1-1 edən qolu vurub, oyun "Real Madrid"in 3-1 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu qol Zidanın "Real Madrid" karyerasında ilk qolu olub.[43] 6 mart 2002-ci ildə İspaniya Kubokunun finalında "Deportivo La-Korunya" klubu ilə oyunda meydana çıxıb. 1-2 hesabı ilə məğlub olaraq "Real Madrid" gümüş medalı qazanıb.[44] 15 may 2002-ci ildə Real Madridin heyətində ilk mövsümdə UEFA Çempionlar Liqasının finalında "Bayern Leverkusen" ilə klubu ilə qarşılaşmada meydana çıxıb və qol vurub, 2-1 hesabı ilə oyun başa çatıb və "Real Madrid" kubokun qalibi olub.[15] Bu kubok Zidanın "Real Madrid"lə qazandığı ilk kubok olub. 10 fevral 2002-ci ildə La Liqanın 25-ci turunda "Las Palmas" klubu ilə qarşılaşmada 33-cü dəqiqədə komandasının ikinci qolunu vuraraq 7-0 hesablı qələbədə pay sahibi olub.[45] Növbəti mövsüm isə La Liqanın qalibi olub.[8] 23 aprel 2002-ci ildə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Barselona" ilə El Klassikoda 98 min tamaşaçı qarşısında meydana çıxıb və oyunda ilk qolu vurub, oyun 0-2 hesabı ilə "Real in xeyrinə başa çatıb.[46] 30 avqust 2002-ci ildə UEFA Super Kuboku uğrunda Niderlandın "Feyenoord Rotterdam" klubu ilə qarşılaşmada meydana çıxıb, oyun 3-1 hesabı ilə "Real Madrid"in xeyrinə başa çatıb.[47] İlk mövsüm 31 çempionat oyununa çıxıb və 7 qol vurub.[15]
2 oktyabr 2002-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində Yunanıstanın "AEK Afina" klubu ilə oyunda 16 və 40-cı dəqiqələrdə qol vurub, oyun 3-3 hesabı ilə başa çatıb.[48] 3 dekabr 2002-ci ildə Qitələrarası Kubokun final oyununda Paraqvayın "Olimpiya" klubu ilə qarşılaşmada meydana çıxıb. Bu oyunda "Real Madrid" 2-0 hesabı ilə qalib gələrək kuboku qazanıb.[49] 5 yanvar 2003-cü ildə İspaniya Çempionatının 16-cı turunda "Valensiya" ilə qarşılaşmada 68-ci dəqiqədə qol vuraraq hesabı 2-1 edib, bundan başqa 36-cı dəqiqədə Ronaldonun və 93-cü dəqiqədə Portillonun vurduğu qolların ötürməsini edib, oyun 4-1 hesabı ilə "Real Madrid"in xeyrinə başa çatıb.[50]
13 sentyabr 2003-cü ildə La Liqanın üçüncü turunda "Real Vallodolid"lə qarşılaşmada 53-cü dəqiqədə hesabı 4-0 edən qola imza atıb, oyun 7-2 hesabı ilə "Real Madrid"in xeyrinə başa çatıb.[51] 17 mart 2004-cü ildə "Real Madrid"in heyətində İspaniya Kubokunun finalında "Real Zaraqoza" ilə görüşdə meydana çıxıb, bu dəfə "Real Madrid" əlavə vaxtda 2-3 hesabı ilə uduzaraq gümüş medalı qazanıb.[52]
15 yanvar 2006-cı ildə La Liqanın 19-cu turunda "Sevilla" ilə qarşılaşmada komandasının ilk qolunun ötürməsini edib və 58, 60, 93-cü dəqiqələrdə qol vuraraq het-trik edib, oyun 4-2 hesabı ilə Real Madridin qələbəsi ilə yekunlaşıb.[53] Bu, Zidanın futbolçu karyerasında yeganə het-trik olub.[54] 4 fevral 2006-cı ildə 22-ci tur çərçivəsində "Espanyol" ilə qarşılaşmada 42 və 50-ci dəqiqələrdə qol vurub, bu oyunda Real Madrid 4-0 hesabı ilə qələbə qazanıb.[55] 2 aprel 2006-cı ildə La Liqanın 31-ci turunda baş tutan El Klassiko qarşılaşmasında 98 min tamaşaçı qarşısında meydana çıxıb, 79-cu dəqiqədə əvəzlənib.[56] 7 may 2006-cı ildə Real Madridin heyətində son ev oyununda "Valensiya" ilə qarşılaşmada qol vurub, oyun 3-3 hesabı ilə başa çatıb.[3] "Real Madrid"də keçirdiyi son mövsümdə 28 oyunda meydana çıxıb, 9 qol vurub və 10 qolun ötürməsini verib.[3] "Real Madrid"in heyətində həmçinin Qitələrarası kubokun və UEFA Super Kubokunun qalibi olub.[15] Zidan 2002-2006-cı illər arasında "Real"ın formasını geyinib.[57] Zidan Real Madriddə 5 nömrəli futbolkada çıxış edib.[58]
2009-cu ildə Madrid təmsilçisində prezident Florentino Perezin müşaviri vəzifəsinə təyin edilib.[59] Zinəddin Zidan 2011-ci il iyulun 11-dən etibarən "Real Madrid" klubunda idman direktoru vəzifəsində çalışır.[60] 2013-cü ildə "Real Madrid"ə baş məşqçi təyin olunan Karlo Ançelottinin köməkçisi vəzifəsinə təyin olunub.[57]
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев