Предыдущая публикация
Gözlərimdə gozlərinin qarası,
Ürəyimdə bu hicranın yarası,
Yoxmu görən dərdimizin çarası?
Məni burda həsrətlərdə üzənim,
Uzaqlarda məni mənsiz sevənim!
Düşünərdim, məhəbbət də dərddimi?
Bu məhəbbət üzdü mənim qəlbimi.
Bilməm,günah qismətdəmi,məndəmi?
Sevgimizin əzabına dözənim,
Uzaqlarda məni mənsiz sevənim!
Sevmək oyun deyil, oyuncaq deyil,
Sevməyək deyərdim, əlimizdə deyil,
Heç kimə beləcə salmadım meyil,
Gecə-gündüz həsrətlərdə üzənim,
Uzaqlarda məni mənsiz sevənim!
Sevgimizin acısı da şirindir,
Bu sevdanın kökü artıq dərindir,
Bu qismətdir, həm də ikimizindir.
Dözəmməyib tez-tez məndən küsənim,
Uzaqlarda məni mənsiz sevənim.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев