Ermənistanda
“ vurdular?”
“Qanuni oğru ”ların İrəvan toplantısının
şok təfərrüatları; Ermənistana
getməklə pasportunu “ ləkələmək”
Rövşən Canıyevə daha ciddi problem
yarada bilərdi; güman etmək olar ki,
“Lənkəranski ”ni titulundan məhrum
etməkdə maraqlı olanlar bu kimi
detalları da nəzərə alıblar. ..
RealnieNovosti "Musavat " -a istinadən
məlumat verir ki, yanvarın 6 -da
kriminal aləmdə çoxdan gözlənilən
“oğru sxodkası ” keçirilib . Bu, Aslan
Usoyanın (“ Ded Xasan”) 2013- cü ilin
yanvar ayında qətlə yetirilməsindən
sonra kriminalların ilk geniş tərkibli
toplantısıdır.
Toplantının əvvəl Moskvada
keçiriləcəyi bildirilsə də , “ qanuni
oğru”lar nəhayətdə Ermənistanın
Kotayk vilayətinə yığışmağa qərar
veriblər. Rusiya hüquq -mühafizə
orqanlarının “ vor zakon” ların
Moskvada toplaşacağı halda hamısını
həbs edəcəyinə dair xəbərdarlığından
sonra işə nüfuzlu erməni kriminal
avtoritet, 2000- ci ildə ölən “ Armen
Kanevski ” ləqəbli Armen Arutyunyanın
qardaşı Artyom Arutyunyan qarışıb .
Ermənistan hakimiyyətində güclü
əlaqələrə malik olan Artyom
toplantının İrəvandan bir az məsafədə
yerləşən Kotaykda keçirilməsini
razılaşdırıb. Ehtimal edilir ki, erməni
kriminal avtoritet məsələni birbaşa
prezident Serj Sərkisyan , yaxud onun
qardaşı Saşik vasitəsilə həll edib.
Çünki Sərkisyanın və qardaşının
kriminal dairələrlə ciddi biznes
əlaqələri var. Rəsmi İrəvan kriminal
avtoritetlərin , o cümlədən “Şakro
Molodoy” un Ermənistanda həbs
olunmayacaqlarına dair təminat da
verib.
“Sxodka ” da Zaxari Kalaşov (“Şakro
Molodoy”) , Robinzon Arabuli , Georgi
Uqlava (“ Taxi”) , David Sebiskveradze
(“Dato ”) , Vaja Biqanişvili , Amiran
Sopromadze (“Sopotiya ”) , Oleq
Şişkanov (“ Şişkan”) , Boris Apakiya
(“Apakela ”) , Hüseyn Əhmədov
(“Slepoy ”) kimi kriminal avtoritetlər
iştirak edib . Qeyd edək ki, “Hüseyn
Slepoy” nüfuzlu çeçen “qanuni
oğru”larından biridir.
Aydındır ki, “sxodka ” nı ötən ilin
oktyabrında İspaniya həbsxanasından
azadlığa buraxılan “Şakro Molodoy”
ləqəbli 61 yaşlı yezidi kürdü Zaxari
Kalaşov təşkil edib . Çünki Rusiya
kriminal aləminin “ xaç atası ” sayılan
“Ded Xasan ”ın boş qalan taxt- tacına
yiyələnmək iddiasında olan “Şakro
Molodoy” mütləq hərəkətə keçməli və
gücünü göstərməli idi. “Ded
Xasan”dan sonra xüsusilə onun yaxın
qohumları olan yezidi kürdlər klanın
əvvəlki nüfuzunu qorumağa çalışsalar
da, buna nail ola bilməmişdilər.
Üstəlik, klan liderinin qətlindən ötən
müddətdə onun qanı da yerdə qalıb .
“Şakro Molodoy ” un “ sxodka ”nı
oğruların hamısının yığışa biləcəyi
Moskvada deyil , Ermənistanda
keçirməsi də bəzi suallar yaradıb.
Rusiya saytları bir müddət əvvəl
yazmışdı ki, “ Şakro” Rusiyaya şərtlə
qayıdıb və hüquq -mühafizə orqanları
ilə anlaşıb . “O , Moskvanın sakit
həyatını pozmamağa söz verib ” deyə,
xəbərlərdə bildirilirdi. Yeri gəlmişkən ,
“Şakro Molodoy ” un Rusiya hüquq-
mühafizə orqanları ilə anlaşa biləcəyi
xəbərləri səbəbsiz deyil . 2000 - ci ildə
erməni kökənli ABŞ vətəndaşı
Aleksandr Kraynanın oğurlanmasında
günahlandırılan “ Şakro Molodoy ”
barədə vətəni Gürcüstanda 18 il qiyabi
həbs cəzası çıxarılıb .
2010- cu ildə bu cinayət işi ilə bağlı
Gürcüstan hökuməti İspaniya Ədliyyə
Nazirliyinə “Şakro” nun ekstradisiyası
üçün sorğu verib . Rusiya isə onu
qoruyub və həbsdən buraxıldıqdan
sonra da Gürcüstana təhvil verməyib. ..
Son 6 ildə “ tac” almış “ oğru” ların
titulu sual altına düşüb
Sxodkanın “ gündəliyi ” hələ bir neçə
həftə əvvəldən müəyyənləşmişdi:
“qanuni oğru” adının verilməsində
“özbaşınalıq” və “Ded Xasan”ın
qətlinin günahkarları . Birinci məsələ
ilə bağlı problem kriminal aləmdə
çoxdan yaranıb və bəzi hallarda
“qanuni oğru” adı heç bir gün
həbsxana həyatı yaşamayanlara da
verilib. Məsələn, “Ded Xasan” ın
qohumu “ Miron” ləqəbli Dmitri
Çanturiya heç vaxt dustaq həyatı
yaşamadığına baxmayaraq 2000 -ci
ildə “qanuni oğru ” “ tacını” alıb.
Xüsusilə gürcü kriminallar son illər
“oğru” adını müxtəlif maraqlara
əsaslanaraq bir çox adamlara verib ki,
bu da kriminal aləmdə həqiqətən də
xeyli qarışıqlıq yaradıb.
Bu məsələnin Ermənistandakı
müzakirəsində “Şakro Molodoy” deyib
ki, 2008 -ci ildən başlayaraq “qanuni
oğru” adı özbaşınalıq olub , “ ailə”yə
daxil olmağa namizədlər bəzən
lazımınca öyrənilməyib, onların
kimliyi tam araşdırılmayıb , “ oğru”
titulu verilərkən lazımi prosedurlara
riayət olunmayıb . Digər “oğru” lar da
fikirlə razılaşıblar. Onların bildirdiyinə
görə, 2008- ci ildən bəri azı 240 - 250
nəfərə “ vor zakon” titulu verilib, bu isə
çoxdur.
“Sxodka ” da belə bir qərar qəbul
olunub ki, son 6 ildə “tac ” almış
“oğru” ların titulu sual altına alınsın.
Bu isə o deməkdir ki, həmin ildən
sonra “oğru ” titulu alan şəxslər daha
“vor zakon” titulu daşımırlar , onlar
yalnız bu ada iddiaçı sayılırlar .
“Lənkəranski ” Ermənistana niyə gedə
bilməzdi?
“Sxodka ” da azərbaycanlı “ qanuni
oğru” Rövşən Canıyev (“ Rövşən
Lənkəranski”) , Georgi Uqlava (“ Taxi”)
və Cemal Mikeladzenin (“ Cemo”)
“qanuni oğru” adı müzakirəyə
çıxarılıb.
Bildirilir ki, “Taxi ” özü “sxodka ” da yer
alıb və onu dinləyib titulunu
saxlayıblar. “ Rosbalt” yazır ki,
“Lənkəranski ” “ sxodka ”ya qatılmaq və
suallara şəxsən cavab vermək istəyib ,
ancaq ona bu imkan yaradılmayıb.
“Lənkəranski ”nin bu “sxodka ” nı nə
qədər “legitim ” hesab edib -etmədiyi
məlum deyil. Kriminal aləmdə “ yer”
məsələsi birmənalı olmasa da,
şübhəsiz azərbaycanlı “ qanuni
oğru”nun Ermənistana getməsi
istənilən halda diskomfort yarada
bilərdi. İkinci bir tərəfdən, əgər bu
“sxodka ”ya toplaşanlar Ermənistan
sərhədini rəsmi keçiblərsə , onların
pasportuna bu ölkənin gömrük möhürü
vurulub. “ Lənkəranski” kriminal
aləmlə bağlı olsa da, vətəni
Azərbaycandır və ara - sıra
doğmalarını görmək üçün ölkəyə gəlir .
Ermənistana getməklə pasportunu bu
cür “ləkələmək ” “Lənkəranski ”yə daha
ciddi problem yarada bilərdi . Güman
etmək olar ki, " Lənkəranski" ni
titulundan məhrum etməkdə maraqlı
olanlar bu kimi detalları nəzərə
alıblar. Maraqlıdır ki,
“Lənkəranski ”nin özünü telefonla da
müdafiə etməsinə şərait yaradılmayıb.
Hər halda , yayılan xəbərlərdə bu
barədə heç nə deyilmir .. .
“Cemo” nun “oğru ” adı ikinci dəfə
alınıb
“Oğru ” adı alındığı deyilən “ Cemo”ya
gəlincə , o , vaxtilə “ Lənkəranski ” ilə
çox yaxın olub. “ Cemo” 1976 - cı ildə
Gürcüstanda doğulub. O, Rusiyanın
kriminal aləmində tanınan Arsen
Mikeladzenin kiçik oğludur. Atası
1993- cü ildə güllələnib. Atasının
“təmiz oğru ” ideyasına görə “Cemo” ya
“qanuni oğru” adı 23 yaşında verilib .
“Cemo” nun adı “Lənkəranski ” ilə ilk
dəfə 2010 -cu ildə birgə çəkilməyə
başlayıb. 2010- cu ildə “Ded Xasan” a
yaxın azərbaycanlı avtoritet Vaqif
Süleymanovla “ Rövşən Lənkəranski ”
arasında bir “ sxodka ” da “ Cemo” aranı
qatması ilə yadda qalıb .
“Sxodka ” da onun azərbaycanlı
“qanuni oğru” ya iradına Vaqif
Süleymanov adekvat cavab verib .
“Cemo” Vaqifi vurmaq istərkən ( bu,
“oğru qanunlarında ” düzgün olmayan
hərəkət sayılır) özü zərbə alıb. Bu
“sxodka ” Rusiyanın kriminal
dairələrində dərhal ciddi müzakirə
mövzusuna çevrilib. “Cemo” bu
“sxodka ”dan sonra Rusiyanı tərk
edərək Parisə gedib . “ Ded Xasan” isə
“Cemo” nun Vaqif Süleymanovla bağlı
“sxodka ”dakı hərəkətini və digər
“günahlarını” (“ qrex”) müzakirəyə
çıxarıb. 2011 -ci ilin iyununda “ded ”
“Cemo” nu “ qanuni oğru” adından
məhrum edir. Bu qərarı o , “Cemo” ya
hamının iştirakı ilə və deyilənə görə,
çox qaba formada telefonda elan edib .
“Ded Xasan ” “Cemo” ya təklif edib ki,
əgər onun bu qərara etirazı varsa,
Moskvaya qayıdıb özünü “ təmizə
çıxara” bilər. “Ded ” ona həm də
xəbərdarlıq edib ki, “ sxodka ”da
günahları təsdiqlənsə, o, bu söhbətdən
“evə sağ getməyə bilər” . Bundan
sonra - 2012- ci ilin noyabrında
“Ded” in xeyir -duası ilə
“Lənkəranski ”nin “ oğru” adının da
alındığı elan (“ praqon ”) olunub .
İrəvan “ sxodkası ”ndan sonra
Azərbaycan həbsxanalarına
“Lənkəranski ” barədə bu cür “ praqon”
göndərilib- göndərilməməsi barədə
hələ ki məlumat yoxdur . Bu “proqon ”
müzakirəyə çıxarıla bilməz, amma
tanınmaya, etiraz doğura bilər . Bu
“qərarın işləməsi ” həm də
“Lənkəranski ”nin həbsxanalarda
nüfuzlu tərəfdarlarının sayından da
asılı olacaq .. .
“Ded” in ölümü və “ Taro” ...
“Sxodka ” da “ Ded”in öldürülməsinə
görə günahkarların müəyyən edilməsi
də müzakirə edilib. Hesab edilir ki,
“Ded Xasan ”ın və onun dostu ,
“Yaponçik ” ləqəbli Vyaçeslav
İvankovun öldürülməsi hazırda Rusiya
həbsxanasında olan “ Taro” ləqəbli
Tariel Oniani və İtaliya həbsxanasında
saxlanılan “ Merab Suxumski” ləqəbli
Merab Canqveladzenin rəhbərlik etdiyi
klanın işidir . Məlumata görə , “ sxodka ”
iştirakçıları bir -birilərindən
soruşublar ki, Meraba və “ Taro” ya
qarşı “Ded Xasan”ın və “ Yaponçik ”in
öldürülməsi ilə bağlı tutarlı irad irəli
varmı. Ancaq “sxodka ” da belə bir
adam tapılmayıb . Ona görə də
“kriminal generallar” belə mövqeyə
gəliblər ki, adı çəkilənlərin işdə əlinin
olmasına dair sübut yoxdur. Deməli ,
məsələyə daha sonra, onların azadlığa
çıxmasından sonra baxılmalı və
avtoritetlərə şəxsən bu barədə sual
verilməlidir.
“Taro ” “ Lənkəranski” ni
dəstəkləyəcəkmi?
Rusiyada və keçmiş SSRİ məkanında
kriminal aləmin ən əfsanəvi
fiqurlarından biri - Tariel Oniani -
“Taro ” 1952 - ci ildə Gürcüstanda
(Tkibuli ) anadan olub. Milliyyətcə
gürcü-svan olan Onianin həbsxanaya
yolu 17 yaşından başlayıb . Ən azı 8
məhkumluğu var . Rusiya mənbələrinin
yazdığına görə, Oniani “oğru tacını”
1970- ci illərdə alıb. SSRİ dönəmində -
1980- cı illərdə o , Moskvada ən
nüfuzlu “qanuni oğru ” kimi tanınıb .
“Taro ”nun slavyan qruplaşmasının
lideri “Yaponçik ” lə arasında həmişə
problem olub . 2005 -ci ildə İspaniya
polisinin Avropada kriminal
qruplaşmalara qarşı keçirdikləri
irimiqyaslı əməliyyat zamanı bir neçə
gürcü “vor zakon ” həbs edilsə də,
“Taro ” polisdən gizlənə bilib. Amma
bu əməliyyatda “ Şakro Molodoy ” həbs
edilib ki, o da sonradan Oniani ilə
konfliktə girib.
Bundan sonra “ Taro” nun lideri olduğu
qruplaşmaya qarşı həm Avropada,
həm də Rusiyada əsl müharibə
başlayıb. Ona yaxın olan kriminallar
“Yaponçik ” və “ Ded Xasan ”la barışıq
üçün çağırılmış “ oğru toplantısı” nda
həbs edilib. Qeyd edək ki, gəmidə
çağırılmış “ sxodka ”ya “Yaponçik ” və
“Ded” gəlməyib və bunun ardınca
orada xüsusi əməliyyat keçirilib .
Bundan sonra “ Taro” nun “Yaponçik ” lə
bərabər Aslan Usoyanla da
münasibətləri düşmənçilik həddinədək
kəskinləşib.
2009- cu ildə Oniani Rusiyada hüquq-
mühafizə orqanlarının əlinə keçib .
Oniani məhkəmənin qərarı ilə 10 il
azadlıqdan məhrum edilib. Bundan
sonra həm “ Yaponçik ”in, həm də
“Ded” in ölümündə əsas suçlular
sırasında onun da adı çəkilir .
“Ermənistan sxodkası ” nda verilən
qərarlara Oninianin də mövqeyi
həlledici olacaq. “Taro ”nun
“Lənkəranski ” ilə münasibətlərinin
necə yarandığı barədə məlumatlar
demək olar ki, yox səviyyəsindədir.
Yalnız o məlumdur ki, bu “ qanuni
oğrular” ın bir -birinə münasibəti
normaldır.
Merab Canqveladze 1962 - ci ilin
noyabr ayının 20- də Suxumidə anadan
olub. “Qanuni oğru ” adını gənc
yaşlarında alıb və kriminal aləmdə
onun ailəsini təmsil edən kiçik qardaşı
da var . 1975- ci ildən anadan olan
Levan da Suxumski ləqəbi ilə tanınır.
Merabın bəzi gənc “qanuni oğru ” lar
kimi reklamı sevmədiyi məlumdur. O
da vaxtilə “ Lənkəranski” ilə yaxın
olub. 2013- cü ildə Macarıstanda həbs
edilən gürcü “ qanuni oğru” “ Ded
Xasan” klanını ən qatı düşmənlərindən
biri kimi tanınır .
“Lənkəranski ” ilə bağlı ən son
xəbərlər
Moskvadakı oğru dairələrində
“Lənkəranski ”yə yaxın mənbə
Ermənistanda “ sxodka ” xəbərini təkzib
edib.Virtualaz . org saytı xəbər verir ki,
mənbə deyib ki, “ Lənkəranski” nin “vor
zakon” titulundan məhrum edilməsinə
dair yayılan informasiyalar yalandır .
Mənbənin bildirdiyinə görə , “ Ded
Xasan” klanının əsas liderləri -
“Piçuqa ” ləqəbli Yuri Piçuqin,
“Voskres” ləqəbli Vasili Xristoforov ,
“Robinzon ” ləqəbli Robinzon Arabuli
və digərləri “ sxodka” ya qatıla
bilməyiblər. Həmçinin yunan, türk və
Moskva qruplaşmalarının liderləri də
bu toplantıya qatıla bilməyib . Piçuqin
və Xristoforovun “sxodka ” da iştirak
etməməsinin səbəbi məlumdur.
Yanvarın 5- də Komi Respublikasının
Ust- Vımsk rayonunda Piçuqinin kiçik
qardaşı Oleq güllələnib. Nəticədə
Ermənistanda bir qrup “vor zakon”
toplaşsa da “ Şakro Molodoy ”un qərarı
ilə “ sxodka ” sonraya təxirə salınıb .
Mənbə deyib ki, İrəvandakı görüşdə
heç bir qərar qəbul edilməyib.
Rövşənin dostları - “ vor zakon”lar
Georgi Uqulava və Kaxaber Parpaliya
da İrəvana uçublar. Ancaq “sxodka ” nın
təxirə salındığını görüb geri
qayıdıblar. Heç bir qərar qəbul
edilməyib" deyə, mənbə bildirib .
“Lənkəranski ”yə yaxın mənbə başqa
bir sayta bildirib ki, İrəvan
yaxınlığında keçirilən “sxodka ”da
iştirak edən nüfuzlu “vor zakon” ,
“Şakro Molodoy ” “Lənkəranski ”nin və
“Cemo” ləqəbli Cemal Mikaladzenin
“vor ” titulundan məhrum edilməsinə
qarşı çıxıb. “ Şakro” mövqeyini belə
əsaslandırıb ki, “ vor zakon”un taleyi
onun özünün iştirakı olmadan həll
edilə bilməz.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев