04.2014]
Yaya Ture: "Afrikalı olduğum üçün..."
"Mançester Siti"nin futbolçusu Yaya Ture komanda yoldaşı Samir Nəsrinin onun haqda dediklərinə münasibət bildirib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Fil Dişi Sahili yığmasının üzvü Nəsrinin "Ture afrikalı olmasaydı, dünyanın ən yaxşı futbolçusu olardı" fikrinə belə qarşılıq verib:
"Neqatif olmaq istəmirəm, ancaq düzgün danışmaq lazımdır. Afrikada hara getsən, insanlar Messini tanıdıqlarını söyləyirlər. Lakin Avropada Yaya Ture dediyinizdə, "o kimdir?" deyə soruşurlar. Bəziləri adımı bilirlər, ancaq üzümü tanımırlar. Messini isə hər kəs üzdən tanıyır. Afrikalı olduğum üçün qürur duyuram. Onları müdafiə etmək istəyirəm. Afrikalı futbolçuların necə oynadıqlarını bütün dünyaya göstərmək lazımdır".

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев