Qış aylarının stabil keçməməsi özlüyündə bir çox narahatlığa səbəb olur ki, bu narahatlıqdan biri də gözlərin sulanmasıdır. Yol boyu sanki ağlayırmış kimi görüntü bəxş edən insanlar bütün göz sulanmalarını soyuq hava və qış fəsli ilə əlaqələndirirlər. Kimisi də sulanmaları qripin əlamətləri kimi qəbul edir. Əslində isə göz sulanmasının tək səbəbkarı fəsil, yaxud soyuqlar deyil.
Göz yaşı insan orqanizmi üçün çox vacib mayedir. Bu mayenin tərkibində lazımi qədər komponent birləşdikdə gözün qoruyucu təbəqəsini əmələ gətirir. Bu təbəqə gözü tozlardan, infeksiyalardan qoruyur. İnsan göz yaşları 3 yerə bölünür. Birinci tip göz yaşları emosiyalardan yaranır və insan sevinəndə, yaxud kədərlənəndə ifraz olunur. İkinci tip göz yaşları reflektorlu göz yaşlarıdır ki, bu cür göz yaşları refleks zamanı yaranır. Güclü işıqdan, doğranan soğandan və s. yaranan göz yaşları refleks göz yaşlarıdır. Üçüncü tip göz yaşları isə bazal göz yaşlarıdır ki, bu da adi göz yaşlarıdır. Toz, yaxud yad cismin təması zamanı yaranır və qısa zamanda quruyur.
. Daimi salfetlərlə gözlərin silinməsi refleks olaraq göz yaşlarının daha da artmasına səbəb olacaq.
Birinci halda gözdə zəifləmələr, göz kanallarının daralması, yaxud gözdə qlaukoma yaranır və göz sulanması ilə müşahidə olunur. İkinci halda gözdə heç bir zəifləmə və narahatlıq olmur, amma sulanırsa, bunun səbəbi kompüter, telefon və şiddətli işıqdır. Gözlərdə sulanma, quruluq, yanma, batma, qızarma, qaşınma kimi narahatlıqların yaranmasında şüalı alətlərin rolu danılmazdır: " Gözlərə istirahət verilməzsə, günün 5 saatdan çoxunu kompüter arxasında və qalan saatları telefona baxaraq keçirilərsə, bu gözlərdə narahatlığın yaranması qaçılmazdır".
Sekilde gorduyunuz( Forever vison ) goz ve goz ezeleri ucun olan mehsulumuz isteyen wexsler muraciet ede biler
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев