Kumeyl Duasi!Azerbaycan dilinde tercumesi. Heqiqeten
de Allah bize Dualarini gonderib ki,biz ondan nese isteye bilek,tovbe
ede bilek.Doqru yola gele bilek. Wukurler olsun Rebbimize. Sebrle axira
kimi oxusaz bu Duanin sozlerindeki menalari qelbinizin butun
kin,qezebini yuyub aparacaq. Bağışlayan və rəhmli Allahın adı ilə!
İlahi! Rəhminə görə Sənə üz tuturam. Axı, Sənin rəhmin hər şeyi əhatə
edir. Gücünə görə Sənə üz tuturam. Axı, Sənin gücünün qarşısında hər şey
sarsılmışdır, hər şey xar olmuşdur, hər şey zəlil olmuşdur. Əzəmətinə
görə Sənə üz tuturam. Axı, əzəmətinlə hər şeyə qalib gəldin. Şöhrətinə
görə Sənə üz tuturam. Axı, Sənin şöhrətin qarşısında heç bir şey dura
bilməz. Böyüklüyünə görə Sənə üz tuturam. Axı, Sənin böyüklüyün hər yeri
bürümüşdür. Hökmranlığına görə Sənə üz tuturam. Axı, Sənin hökmranlığın
hər şeydən üstündür. Hər şey fani olduqdan sonra baqi olan surətinə üz
tuturam. Hər şeyin əsasında olan adlarına üz tuturam. Mən Sənin nuruna
üz tuturam. Axı, Sənin surətinin nuru hər şeyi işıqlandırdı. Ey Nur! Ey
eybi olmayan müqəddəs! Ey ilkinlərin ilkini! Ey sonuncuların sonuncusu!
İlahi! Bağışla günahlarımı. O günahlar ki, ada ləkə gətirir. İlahi!
Bağışla günahlarımı! O günahlar bədbəxtlik, əzab-əziyyət gə¬ti¬ri¬r.
İlahi! Bağışla günahlarımı. O günahlar nemətləri dəyişdirir. İlahi!
Bağışla günahlarımı. O günahlar duanın qarşısını alır. İlahi! Bağışla
günahlarımı. O günahlar bəla gətirir. İlahi! Bağışla etdiyim hər günahı,
buraxdığım hər səhvi. İlahi! Səni yada salmaqla Sənə yaxınlaşıram,
Səndən özümə şəfaət istəyirəm. Səxavətini diləyirəm ki, məni özünə tərəf
gətirəsən, Sənə şükr etməyi mənə bəxş edəsən, Səni yada salmaq üçün
məni ilhama gətirə¬sə¬n. İlahi! Sənə itaətkar, zəlil, qorxaq bəndə kimi
yalvarıram ki, məni ba¬ğışlayıb mənə rəhm edəsən, mənim üçün ayırdığın
qismətə məni razı və qane edəsən, hər yerdə məni təvazökar eləyəsən.
İlahi! Ehtiyac içində olan, çətin vaxtlarında öz diləyilə Sənə pənah
gətirən və Sənə böyük ümid bəsləyən bir şəxs kimi yalvarıram. İlahi!
Hökmdarlığın əzəmətlidir, yerin ucadır, tədbirin gizlindir, fərmanın
aşkar¬dır, gücün qalibdir, qüdrətin özünü göstərir, Sənin hökmündən
qaçmaq mümkün deyil. İlahi! Səndən başqa günahlarımı bağışlayan, yaramaz
iş¬lərimin üstünə pərdə çəkən bir kəs, pis əməlimi yaxşı hərəkətlə əvəz
edən bir şey tapmıram. Səndən başqa ilahi yoxdur. Sitayiş yalnız Sənə
məxsusdur. Mən özümü zəlil etdim, nadanlığım üzündən özümü cürətli
sandım. Arxayın oldum ki, Sən məni əvvəldən yad edib xatırlamısan. Bu¬na
görə mən xatircəm oldum. İlahi! Ey mənim Mövlam, neçə çirkin işlərin
üstünü örtmüsən? Neçə ağır bəladan məni uzaqlaşdırmısan? Neçə büdrəmədən
məni qoru¬mu¬san? Neçə xoşagəlməz əməldən məni uzaqlaşdırmısan? Layiq
olma¬dı¬ğım neçə gözəl tərifləri mənim adıma yazmısan? İlahi! Bəlalarım
böyükdür, pis cəhətlərim çoxdur, əməllərim nöq¬san¬lıdır, dəmir
qandallar məni buxovladı, sonsuz arzularım məni yaxşı iş¬lər¬dən
saxlayıb həbs etdi, dünya azdırıcı görünüşü ilə, nəfsim isə öz
ci¬na¬yəti və xəyanətilə məni aldatdı. Ey mənim Ağam! Şərəfinə and içib
Səndən xahiş edirəm ki, pis əmə¬lim və rəftarım duamın Sənə çatmasının
qarşısını almasın, gizli sirlərimə bələd olduğun üçün məni rüsvay
etməyəsən, xəlvətdə etdiyim pis hə¬rə¬kətimə və davranışıma, həddi
aşmağım, cahilliyim, şəhvətimin çoxluğu və qəflətdə olmağım davam
etdiyinə görə məni cəzalandırmağa tələs¬məyəsən. İlahi! Şöhrətinin
xatirinə həmişə mənə qarşı rəhmli ol, bütün işlə¬rim¬də mənimlə mehriban
ol. Ey Allahım, ey Rəbbim! Səndən başqa kimim var ki, ziyanlarımı ləğv
etməyi və işimə göz qoymağı ondan istəyim? Ey Allahım, ey Mövlam! Sən
mənim üçün hökm verdin, mən isə bu hökmlə nəfsimin əsiri olmaq yolunu
tutdum, özümü düşmənimin vəsvə¬sə¬sindən qorumadım. O da məni istədiyi
kimi aldatdı. Qəzavü qədər bu işdə ona kömək etdi. Və mənimlə baş verən
hadisələrlə Sənin qoyduğun bir sıra sərhədləri aşdım, bir sıra işlərinə
qarşı çıxdım. Bütün bu hallarda Sənə şükr etməliyəm. Sənin hökmünlə
mənim başıma gələnlər üçün heç bir dəlilim yoxdur. Sənin hökmün və
bəlaların mənim boynuma qoyulub. Ey Allahım! Təqsirim olduğu üçün və
nəfsimə çox ziyan vurduğuma görə Sənin dərgahına gəlmişəm ki, peşiman,
qəlbi qırılmış, günahlarının bağışlanmasını tələb edən, günahdan
qayıdan, günahlarını boynuna alan, təsdiq və etiraf edən bir insan kimi
Səndən üzr istəyəm. Törətdiyim işlərdən yaxa qurtarmağa nə bir pənahım
var, nə sığınmağa bir yerim. Üzrümü qəbul etməkdən və məni geniş
mərhəmətinin altına almağından başqa bir çıxış yolu yoxdur. İlahi!
Üzrümü qəbul et! Düşdüyüm çətin vəziyyətə görə rəhm et! Məni
günahlarımın dolaşıq düyünlərindən xilas et! Ey Rəbbim! Bədənimin
zəifliyinə, dərimin incəliyinə, sümüyümün nazikliyinə görə mənə rəhmin
gəlsin. Ey məni yaradan, məni unutmayıb tərbiyə edən, mənə yaxşılıq edib
məni qidalandıran! Başlanğıcda olan mərhəmətin xatirinə, mənə etdiyin
keçmiş yaxşılığın xatirinə bağışla məni! Ey mənim Allahım, ey mənim
Ağam, ey mənim Rəbbim! Görəsən, Sənin cəhənnəm odunda əzab çəkməliyəmmi?
Axı, Sənin birliyini qəbul etmişəm. Axı, Sənin mərifət nurun qəlbimi bu
vəhdətlə tam bürüdükdən sonra dilimdə həmişə Sənin zikrin olmuşdur.
Axı, könlüm sənə olan məhəbbətinə görə Sənin birliyinə inanmışdır. Axı
günahlarımı etiraf edib Sənin böyüklüyünə acizanə dua edirəm. Bu, Sənin
məqamından uzaqdır. Çünki Sən özünün tərbiyə etdiyin bir kəsi zay
etməkdən, özünə yaxınlaşdırdığın bir şəxsi özündən uzaq¬laş¬dır¬maqdan,
yaxud pənah gətirən bir nəfəri azdırmaqdan, yaxud özünün qoruduğun və
rəhm etdiyin bir adamı bəlaya salmaqdan daha kəra¬mət¬li¬sən. Kaş, bunu
biləydim. Ey mənim Ağam, Allahım, Mövlam! Sənin əzəmətinə səcdə edən
su¬rətləri, sədaqətlə Sənin birliyindən danışan və Səni tərifləyib şükr
edən dilləri, Sənin ilahiliyini həqiqətini tanıyan könülləri, Səni
tərifləyib şükr edən dilləri, Səni elmlə dərk etmək istəyərək Səndən
qorxan ürəkləri, günahlarını boynuna alıb Səndən bağışlanmalarını
istəyən və Sənə iba¬dət olunan yerlərə can atan bədənin üzvlərini
cəhənnəm odunda yan¬dı¬racaqsanmı? Sənin haqqında güman belə deyildir.
Sənin fəzilətin ba¬rə¬də bizə belə xəbər çatmayıb. Ey kərəm sahibi, ey
Rəbbim! Sən özün bilirsən ki, onların nəti¬cələ¬ri¬nə və onlardan doğan
xoşagəlməyən şeylərə dözməkdə zəifəm. Düz¬dür, bu bəlalar və
xoşagəlməyən şeylər çox çəkmir, az qalır və qısa müddətlidir. Bəs, mən
axirətin bəlalarına və onun böyük əzablarına necə dözəcəyəm? Axı, onlar
elə bəlalardır ki, müddəti uzundur, çox davam edir və get-gedə
yüngülləşən deyil. Çünki bu, yalnız Sənin qəzəbindən, intiqamından və
acığından gəlir. Bu, elə bir əzabdır ki, ona nə göylər, nə də yer dözər.
Ey mənim Ağam! Bəs, mən nə edim? Axı, mən Sənin zəif, zəlil, hə¬qir,
yazıq və müti bir bəndənəm. Ey mənim Allahım, Rəbbim, Ağam, Mövlam!
Giriftar olduğum hansı işlərdən Sənə şikayət edim? Hansı bəlanın əzabı
və şiddətindən, ya hansı bəlanın uzun çəkməyindən və müddətindən şivən
qoparıb ağla¬yım? Məni düşmənlərimin əzabına giriftar etsən, məni bəla
əhlinə qat¬san, məni dostlarından və övliyalarından ayırsan, necə olar?
Ey mənim Allahım, Ağam, Mövlam, Rəbbim! Tutaq ki, əzablarına döz¬düm.
Bəs, Səndən ayrılmağıma necə dözüm, necə? Ey Allahım, Ağam, Mövlam,
Rəbbim! Tutaq ki, Sənin cəhənnəm odu¬nun yandırıcı hərarətinə dözdüm.
Bəs, Sənin bağışlamaq kəramətinə necə göz yumub dözüm? Ya cəhənnəm odu
içində necə yaşayım? Bö¬yüklüyünün xatirinə bağışlamağını istəyirəm. Ey
mənim Ağam və Mövlam! Sədaqətlə and içirəm ki, əgər orada məni danışmağa
qoysan, Sənə üz tutub şivən qoparmaq istəyən cəhən¬nəm əhli arasında
mütləq şivən qoparıb bərkdən qışqıracağam. Fəryad ilə nalə edənlər kimi
Sənin dərgahına boylanıb hər an nalə edəcəyəm. Harada olsan, Səni
çağıracağam. Ey iman gətirənlərin dostu, ey ariflərin arzularının sonu!
Ey çarəsizlərin fəryadına çatan! Ey doğru danışanların ürək dostu! Ey
aləmlərin Allahı! Ey mənim Allahım! Görəsən, müxalifətinə görə
cəhənnəmdə həbs edilən və günahlarına görə oradakı əzabın acısını dadan
bir müsəlman bəndəsinin səsini mərhəmətinin sayəsində eşidəcəksənmi? Bu
bəndə özünün günahlarına və cinayətlərinə görə cəhənnəm təbəqələri
ara¬sında həbs edilmişdir. O, Sənin mərhəmətinə ümid bağlayaraq qışqırıb
yalvarır, tovhid əhlinin dililə səni çağırır, Sənin böyüklük dərgahına
əl uzadır. Ey mənim Mövlam! O, bu əzab içərisində necə qalar? Axı, o,
Sənin keçmiş mehribanlığını görmək istəyir. Yaxud, cəhənnəm odunda necə
əzab çəkər? Axı o, Sənin fəzilətinə və rəhminə ümid bəsləyir. Yaxud
cəhənnəm odunun alovlu dilləri onu necə yandırar? Axı, Sən onun sə¬si¬ni
eşidir və yerini bilirsən. Yaxud cəhənnəm odunun qığılcımı onu necə
bürüyəcək? Axı, Sən onun zəifliyini bilirsən. Yaxud o, cəhənnəmin
təbə¬qə¬lərində çarəsiz şəkildə necə qalsın? Axı, Sən onun sədaqətini
bilirsən. Yaxud, alovun dilləri onu necə qışqırtmağa məcbur etsin? Axı,
o, “Aman, ya Rəbb!” – deyə Səni çağırır. Yaxud, necə olsun ki,
cəhən¬nəm¬dən azad olmağı üçün Sənin fəzilətini istəyən bir kəsi orada
qoyub tərk edirsən? Heyhat, Sənin haqqında güman belə deyil, Sənin
fəzilətin belə ta¬nın¬mayıb. Bu, inamlı tovhid əhli ilə yaxşılıq və
lütflə etdiyin rəftara oxşamır. Mən qəti şəkildə inanıram ki, həqiqəti
inkar edənlərə əzab vermək hökmünü verməsəydin və əbədi düşmənlərinin
üstündə hökmranlıq et¬səy¬din, mütləq cəhənnəm odunun hamısını söndürüb
sərinliyə və sa¬lamatlığa çevirərdin. Onda cəhənnəm heç kəsin yeri və
məskəni olmaz¬d¬ı. Lakin Sənin adların müqəddəsdir və and içmisən ki,
oranı bütün cin¬lərdən və insanlardan olan kafirlərlə doldurasan, inadlı
düşmənlərini cə¬hənnəmdə həmişəlik saxlayasan. Sən ki böyük və
qüdrətlisən, əvvəldən ənamınla və kəramətinlə buyurmusan: “İman gətirən
adam günahkar adam kimidirmi? Əlbəttə, bərabər deyil”. İlahi, mənim
Ağam! Sənə üz tutub malik olduğun qüdrətinə qə¬tiy¬yət¬li, amiranə və
qələbə ilə icra etdiyin hökmünə and verirəm ki, etdiyim bütün pis
işləri, yol verdiyim günahları, gizlində etdiyim hər bir nadanlığı, mənə
sübutunu buyurduğun və bədənimin üzvləri üçün şahid təyin et¬di¬yin
əziz mələklərin yazdığı bütün pis işləri bu gecə, bu saat
bağış¬la¬ya¬san. Tərəfimdən edilən hər bir şeyi qeyd edən şahidlərlə
yanaşı, Sən özün də onların arxasından nəzərlərindən gizli qalan şeyləri
görmək üçün mənə nəzarət etmisən. Sən mərhəmətinlə onları gizli
saxladın və fəzilətinlə onların üstünə pərdə çəkdin. Nazil etdiyin hər
bir xeyirdən, ya üstün bildiyin yax¬şı¬lıq¬dan, ya yaydığın
xeyirxahlıqdan, ya verdiyin ruzidən, ya bağışladığın gü¬nahdan, ya
örtdüyün səhvlərdən mənim payımı artıq etməyini diləyirəm. Ya Rəbb, ya
Rəbb, ya Rəbb, İlahi, ey Ağam, Mövlam, ey mənim sa¬hi¬bim, ey ixtiyarım
əlində olan, ey mənim yoxsulluğumdan və ehti¬yac¬la¬rım¬dan xəbərdar
olan! Ya Rəbb, ya Rəbb, ya Rəbb! Haqqının, müqəd¬dəs¬liyinin, əzəmətli
keyfiyyətlərinin və adlarının xatirinə Sənə üz tutub yalvarıram ki,
gecəli-gündüzlü vaxtım Səni yada salmaqla keçsin, xid¬mə¬tinə qovuşum,
əməllərim dərgahında qəbul olsun. Yalvarıram ki, bü¬tün işlərim və
sözlərim yalnız bir söz olsun, vücudum daim Sənin xid¬mə¬tində olsun. Ey
mənim Ağam, ey arxalandığım və dərgahına əhvalımdan şikayət etdiyim! Ya
Rəbb, ya Rəbb, ya Rəbb! Sənə xidmət etmək üçün bədənimin üzvlərinə güc
ver, bədənimi bərkit, Sənin qorxun qarşısında mənə ça¬lışmaq səyi bəxş
et və xidmətinə çatmaq üçün mənə dəyanət ver. Qoy, yarış meydanlarında
Sənə tərəf tez gələ bilim, Sənə doğru can atanlar arasında tələsim,
Sənin həvəsində olanlar sırasında şövqlə Sənə yaxın düşüm, sadiq adamlar
kimi Sənə yaxınlaşım, möhkəm inamlı şəxslər kimi Səndən qorxum, imanlı
insanlarla birgə Sənin dərgahının as¬tana¬sında dayanım. İlahi,
pisliyimi istəyən hər kəsin pisliyini istə, məni aldadanı Sən də kələyə
düçar et. Səndən ayrılan bir pay kimi məni özünün ən yaxşı bəndələrindən
birinə, yeri Sənə yaxın olan kəsə və Sənin dərgahında yük¬sək məqamına
görə seçilmiş şəxsə çevir. Həqiqətən, Sənin fəzilətin olmadan buna
çatmaq olmaz. Böyüklüyün xatirinə mənə mərhəmət göstər, şöhrətinlə
vurğun et, xoş cavabınla mə¬nə minnət qoy, səhvimdən keç, yoldan
büdrəyib çıxmağımı bağışla. Axı, bəndələrinə Sənə ibadət etmək hökmü
vermisən, Sənə dua et¬məyi onlara buyurmusan, onların duasına cavab
verməyə zəmanət ver¬misən. Ona görə, ya Rəbb, üzümü Sənə tutmuşam. Ya
Rəbb! Əlimi Sənə tərəf uzatmışam. Səni böyüklüyünə and veri¬rəm ki,
duama cavab ver, məni arzuma çatdır, fəzilətindən ümidimi kəs¬mə, məni
cin və insanlardan olan düşmənlərimin şərindən saxla. Ey tez razılıq
verən Allah! Duadan başqa əlində başqa bir şeyi ol¬mayanı bağışla. Axı,
Sən istədiyini edə bilirsən. Ey adı dərman olan, zikr edilib
xatırlanması şəfa olan, itaətində dur¬maq zənginlik olan Allah!
Sərmayəsi ümid, silahı ağlamaq olan kəsə rəhm et! Ey nemətləri bol olan,
ey çətinlikləri dəf edən, ey zülmətdən qorxan ürəklərin nuru, ey heç
kəsdən heç nə öyrənməmiş alim! Muhəmmədə və Muhəmmədin nəslinə salam
göndər. Mənimlə özünə yaraşan tərzdə rəf¬tar et. Allah Peyğəmbərini və
onun nəslindən olan xoşbəxt imamları bə¬yəndi və çox alqışladı.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев