Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar Çingiz Mustafayev
Çingiz Fuad oğlu Mustafayev
Doğum tarixi: 29 avqust 1960-cı il
Doğum yeri: Həştərxan, SSRİ
Vəfatı: 15 iyun 1992-ci il (31 yaşında)
Vəfat yeri: Naxçıvanlı, Xocalı rayonu,
Azərbaycan
Mükafatları: http://www.chingizmustafayev.com Mustafayev Çingiz Fuad oğlu — Azərbaycanın Milli Qəhrəmanı; tanınmış jurnalist; Qarabağ müharibəsi şəhidi.Mündəricat [gizlə]
1 Həyatı
2 Döyüşlərdə iştirakı
3 Ailəsi
4 Milli Qəhrəman
5 Filmoqrafiya
6 İstinadlar
7 Mənbə
8 Xarici keçidlər
9 Həmçinin bax
Həyatı [redaktə]
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçmüşdür. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirmişdir. 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olan Çingiz Mustafayev 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Təhsilini başa vuran gənc Çingiz təyinatla Dəvəçi rayonunda üç il həkim işləyir. 1983-cü ildə dünyada ilk dəfə olaraq türkcə rep janrlı mahnını Çingiz Mustafayev səsləndirmişdir.
1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi.
Çingiz həkim olsa da jurnalistikaya böyük həvəsi vardı.1990-cı il 20 Yanvar hadisələri zamanı bu fikir özünü bir daha göstərdi.
Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Çingiz lentə almışdır. 1991-ci ildən isə həyatını jurnalistikaya tam bağladı.
Döyüşlərdə iştirakı [redaktə]
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi.
Ailəsi [redaktə]
Evli idi, bir övladı yadigar qalıb.
Milli Qəhrəman [redaktə]
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
DİN-nin Şüvalandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS-ÇM radiostansiyası, Azərbaycan gəmilərindən biri qəhrəmanımızın adını daşıyır.
Yaşadığı binanın önündə barelyefi vurulub.
C.Naxçıvanski adına Hərbi Litseydə büstü qoyulub.
2011-ci ilin avqustunda Almaniyada 3 min nüsxə ilə onun təsviri olan poçt markası buraxılıb.[1]
Operator Vahid Naxışın qardaşıdır.
Ssenari müəllifi Seyfulla Mustafayevin qardaşıdır.
Fuad Mustafayevin oğludur.
Naxış Mustafayevanın oğludur.
Oğlunun adı Fuad Mustafayevdir.
Filmoqrafiya [redaktə]
Adam cinsi arasında cins adam (film)(qısametrajlı sənədli film)(ANS)-arxiv kadrlar
Azərbaycana namus və sevgiylə (film, 2006)
Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
Heydər Əliyev. Dördüncü film. Lider (film, 1999)
Müstəqillik yollarında. Beşinci film (film, 2005)
Müstəqillik yollarında. İkinci film (film, 2004)
Müstəqillik yollarında. Üçüncü film (film, 2004)
Özgə ömür (film, 1987)
Payızın 17 anı (film, 2007)
Yaramaz (film, 1988)
İstinadlar [redaktə]
↑ http://news.day.az/society/286032.html Mənbə [redaktə]
Çingiz Mustafayevin bioqrafiyası
Azərbaycanın Milli Qəhrəmanları
Xarici keçidlər [redaktə]
Milli Qəhrəmanlar
Şəxsiyyətlər
Həmçinin bax [redaktə]
Erməni terrorizmi
Kateqoriyalar: 29 avqustda doğulanlar
1960-cı ildə doğulanlar
15 iyunda vəfat edənlər
1992-ci ildə vəfat edənlər
Azərbaycan Milli Qəhrəmanları
Azərbaycan jurnalistləri
Qarabağ müharibəsi iştirakçıları
Şəhidlər
Naviqasiya menyusu
Yeni hesab aç
Daxil ol
Məqalə
Müzakirə
Oxu
Redaktə
Tarixçə
Ana Səhifə
Kənd meydanı
Güncəl hadisələr
Son dəyişikliklər
Təsadüfi səhifə
Keyfiyyətli səhifələr
Seçilmiş portallar
Seçilmiş siyahılar
Seçilmiş məqalələr
Yaxşı məqalələr
Xüsusi
Alətlər sandığı
Başqa dillərdə
Deutsch
English
Русский
Türkçe
Edit links
Bu səhifə sonuncu dəfə 14:54, 20 may 2013 tarixində redaktə edilib.
Mətn Creative Commons Attribution/Share-Alike Lisenziyası altındadır; əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün İstifadə Şərtlərinə baxın.
Məxfilik siyasəti
Vikipediya haqqında
İmtina etmə
Mobil görüntü
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев